Çexiya Senatı Rusiyanın Ukraynada törətdiklərini soyqırımı kimi tanıyıb


Dünya 11 May 2022 21:41:00 147 0

Çexiya Senatı Rusiyanın Ukraynada törətdiklərini soyqırımı kimi tanıyıb

Çexiya Senatı Rusiya ordusunun Ukraynadakı hərəkətlərinin soyqırımı kimi tanınması haqqında qətnamə qəbul edib.

Son.az APA-ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın Çexiyadakı səfiri Yevgeni Perebiynis bildirib.

Qəbul edilmiş qətnamədə, həmçinin Çexiyanın Ukraynaya silah tədarükünü davam etdirməsi və Ukraynanın Avropa İttifaqı üzvlüyünə namizəd olmasına dəstək var.

Senat Rusiyanın fiziki və mənəvi zorakılıq kimi insanlığa qarşı etnik şəkildə olan cinayətlərini pisləyib.