NATOnun baş katibi koronavirusa yoluxub


Dünya 11 May 2022 20:48:00 118 0

NATOnun baş katibi koronavirusa yoluxub

NATO-nun baş katibi Yens Stoltenberq koronavirusa yoluxub.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə NATO-nun nümayəndəsi Oana Lungesku özünün "Twitter" səhifəsində yazıb.

"NATO-nun baş katibi Yens Stoltenberqin COVID-19 testinin nəticəsi müsbət çıxıb", - deyə O.Lungesku bildirib.

Onun sözlərinə görə, Y.Stoltenberq xəstəliyi yüngül formada keçirir və məsafədən işini davam etdirəcək.