Maşında xəstələri çırpıb "müalicə edir" VİDEO


Digərləri 11 May 2022 21:00:00 197 0

Maşında xəstələri çırpıb "müalicə edir"  VİDEO

Özünü "çubuqlu şəfacı" kimi təqdim edən iraqlı Molla Əli Kələk Türkiyəyə geri qayıdıb.

Son.az lent.az-a istinadən xəbər verir ki, bir müddət əvvəl İstanbulda "Mala Əli Kürdistani" ləqəbli kişi insanları çubuqla müalicə etdiyini iddia edib.

İşinə yenidən qayıdan Əli Kələk indi isə müalicə prosesini maşınlarda keçirir. O, bu yola polisə yaxalanmamaq üçün əl atıb.  Maşında çəkilən görüntülərdə xəstənin başına və kürəyinə vuraraq "cin" çıxardığını bildirib.

Maraqlısı odur ki, Əli Kələk sosial şəbəkələrdən aktiv istifadə edir. Bu görüntülərini şəxsi profilində də paylaşıb.