Filarmoniyada məşhur İsveçli pianoçu Martin Sturfelt çıxış edəcək


Kriminal 11 May 2022 17:26:00 173 0

Filarmoniyada məşhur İsveçli pianoçu Martin Sturfelt çıxış edəcək

27 may 2022-ci il tarixində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında məşhur İsveçli pianoçu Martin Sturfelt çıxış edəcək.

Martin Sturfelti Azərbaycanın Əməkdar İncəsənət xadimi, dirijor Elşad Bağırovun rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri müşayiət edəcək.

Konsertdə görkəmli Azərbaycan bəstəkarları Fikrət Əmirov, Qara Qarayev, İsveç bəstəkarları Vilhelm Stenhammar və Kurt Atterberqin əsərləri səsləndiriləcək.