Ukraynada müharibə dalana dirənib


Dünya 11 May 2022 13:54:00 103 0

Ukraynada müharibə dalana dirənib

Amerika kəşfiyyatı hesab edir ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi dalana dirənib.

Son.az bildirir ki, bu barədə Sky News ABŞ Müdafiə Kəşfiyyat İdarəsinin rəhbəri Skot Berryerin sözlərinə istinadən xəbər verir.

Onun sözlərinə görə, hələlik silahlı münaqişə tərəflərindən heç birinin döyüş meydanında yekun üstünlüyü yoxdur.

"Ruslar qalib gəlmir, amma ukraynalılar da qalib gəlmir və biz burada bir qədər çıxılmaz vəziyyətdəyik", - general-leytenant Senatın Silahlı Qüvvələr Komitəsi ilə görüşündə deyib.

Eyni zamanda Berryer qeyd edib ki, genişmiqyaslı müharibə başlayandan bəri Ukrayna ordusu ən azı 10 rus generalını məhv edib. Ancaq onların sayı daha çox ola bilər - 12 nəfərə qədər.

Eyni zamanda o, Rusiyanın heç bir sahədə ciddi uğur əldə etmədiyini bəyan edib.

Aslan Məmmədov Son.az