Sarqsyanın "köpəyi" Paşinyanı öldürmək istəyir


Siyasət 11 May 2022 15:00:00 110 0

Sarqsyanın "köpəyi" Paşinyanı öldürmək istəyir

Ermənistanda general-mayor Samvel Karapetyan (Oqanovski) Xankəndidə baş verən atışma işi ilə bağlı saxlanılıb.

Atışma mayın 10-da saat 19:10 radələrində baş verib. Bir mülki şəxsin də saxlanıldığı bildirilir.

Qeyd olunur ki, faktla bağlı "silah və ya silah qismində istifadə edilən əşyalarla xuliqanlıq" və "qanunsuz olaraq silah əldə etmə, saxlama və daşıma" bəndləri ilə cinayət işi başlanıb.

İlkin araşdırma aparılır.

"Oqanovski" ləqəbi ilə tanınan general-mayor Samvel Karapetyan bir vaxtlar qarabağlı ermənilərin "müdafiə ordusu"nda "komandan müavini" olub.

Xankəndinin mərkəzində 4 gənc erməniyə məhz onun atəş açdığı iddia olunur.

Rusiya Federasiyasının sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərdə olan ermənilərdən Ermənistanın baş naziri Nikol Paşinyana qarşı kütləvi etiraz aksiyalarında istifadə etmək istəyirlər.

Əslində, qarabağlı ermənilərdən əsrlərdir ən müxtəlif dövlətlər, xalqlar, qövmlər və siyasi qüvvələr hər formada, ən müxtələif məqsədlərdə istifadə etdiyindən mövcud vəziyyətdə paradoksal heç nə yoxdur.

1988-ci ildə, o dönəmdəki Dağlıq Qarabağ Muxtar Vilayətində yerli ermənilər xarici ölkələrdəki erməni diasporu ilə Daşnaksutyunun əllərində alətə çevrildilər.

Məhz həmin ilin iyun ayında Xankəndində iki erməni güllələndi: "qarabağlı ermənilərin milli-azadlıq mübarizəsinə maneələr yaratdıqlarına görə".

Bir il sonra, 1989-cu ildə Xankəndində "Miasum" ("Birləşmə") hərəkatı yaradıldı. Həmin dönəmdəki Dağlıq Qarabağı Ermənistanla birləşdirməyi qarşısına məqsəd qoymuş bu qruplaşmaya Robert Köçəryan rəhbərlik edirdi.

"Miasum" özünü "yerli ermənilər ictimai-siyasi təşkilatı" kimi təqdim etsə də, özəyini və rəhbərliyini 12 nəfərlik terror dəstəsi təşkil edirdi.

Dəstədə Livan, Suriya, Fransa və ABŞ vətəndaşları olan 6 erməni vardı.

"Miasum" sonradan daha bir erməni qrupu "Krunk"la faktiki olaraq birləşdi. Daha doğrusu, Köçəryanın dəstəsi rəhbərliyi əsasən erməni ziyalılardan ibarət "Krunk"u həzm edərək əritdi.

Robert Köçəryan və onun əlaltısı Serj Sarqsyan Xankəndində hakimiyyəti ələ keçirdilər, lakin onların hədəfləri Ermənistan idi.

İrəvana "hücum" illər boyu hazırlandı və 1999-cu ildə reallaşdırıldı.

Həmin ilin oktyabrın 27-də, səhər saatlarında, parlamentin növbəti sessiyasında zala bir dəstə silahlı şəxs soxuldu. Terrorçulara daşnak Nairi Unanyan başçılıq edirdi.

Zala girənlər atəş açmağa başladılar.

Nəticədə parlamentin spikeri Karen Dəmirçyan, müdafiə naziri Vazgen Srkisyan, vitse-spikerlər Yuri Baxşyan və Ruben Miroyan, operativ məsələlər üzrə nazir Leonard Petrosyan, deputatlar Armen Armenakyan və Mikael Kotanyan həlak oldular. "Hayastan" ("Ermənistan") qəzetinin baş redaktoru, deputat Henrik Abramyan isə ürəktutmadan vəfat etdi.

Həlak olanların istisnasız olaraq hamısı prezident Robert Köçəryanın "arzuolunmaz, narahat" hesab etdiyi adamlardı.

Həmin günlər dolaşan şayiələrə görə, Nairi Unanyanın dəstəsinin hazırlanmasında Samvel Karapetyan da iştirak etmişdi.

9 il keçdi.

Ermənistandakı prezident seçkilərindəki ucdantutma və total saxtakarlıqlara etiraz edən, "seçilmiş" Serj Sarqsyanın "qələbə"sini fırıldaq hesab edən ermənilər 2008-ci ilin martın 1-də İrəvan küçələrinə çıxdılar.

Onlar seçkilərin real qalibinin sabiq prezident Levon Ter-Petrosyan olduğunu deyirdilər və Sarqsyanın "qələbə"sinin ləğvini tələb edirdilər.

Sarqsyan Prezident İqəmatgahına qapanmışdı və prezident Robert Köçəryanla vəziyyətdən çıxış yollarını axtarır, müzakirələr aparırdı.

Sonucda tapşırıq "sınanmış kadr"a - Samvel Karapetyana verildi.

S.Karapetyanın başçılıq etdiyi qrup İrəvan küçələrində etiraz aksiyası keçirənləri gülləbaran etdi.

S.Karapetyan elə o vaxtlar "Oqanovski" ləqəbi ilə tanınırdı. Onun dayıı Rudolf Oqanov Ermənistanda tanınmış "oğru" idi. S.Karapetyan da anasının soyadından faydalanaraq özünü rus general Pyotr Oqanovskiyə bənzədirdi.

Kəlbəcərdə və Horadizdəki döyüşlərdə ağır yaralanmış Samvel Karapetyan 2019-cu ilin aprel ayına qədər Xankəndindəki separatçı rejimin "müdafiə nazirinin müavini" olmuşdu.

Hazırda Ermənistandakı "Yerkrapa" Könüllülər İttifaqıının Xankəndindəki bölməsinə və separtçı rejimin "Futbol Federasiyası"na başçılıq edən Samvel Karapetyan qeyri-rəsmi milyonçu olmaqla yanaşı, Robert Köçəryanla Serj Sarqsyanın "ən sadiq kadr"larından biridir.

Ermənistanın keçmiş prezidenti Serj Sarqsyanın Xankəndindəki iki otelini və Robert Köçəryanın restoranına məhz o idarə edir.

Eyni zamanda, İrəvan ermənilərinin "Saqsyanın köpəyi" adlandırdıqları S.Karapetyan hazırda rusiyalı sülhməramlıların müvəqqəti yerləşdiyi ərazilərdəki silahlı erməni dəstələr arasında ən böyüklərindən birinin faktiki komandiridir.

Həmin dəstəni R.Köçəryan maliyyələşdirir və dəstədəki ermənilər də yalnız Köçəryanın əmrlərinə tabe olduqlarını deyirlər.

Son günlər Ermənistanda baş nazir Nikol Paşinyana qarşı keçirilən etiraz aksiyaları da 1988 və 1999-cu illərin ssenarilərinin faktiki olaraq təkrarıdır.

İrəvan küçələrindəki yürüşlərə Serj Sarqsyanın "kreatura"sı olan İşxan Saqatelyan və Robert Köçəryanın marioneti Artur Vanesyan rəhbərlik edirlər.

Onlar Xankəndində də ssenarini təkrarlamaq, separatçı rejimin indiki rəhbəri Araik Arutyunyanı kənarlaşdırıraq onun yerinə R.Köçəryanın buyruq qulu, hazırda "Təhlükəsizlik Şurasının katibi" olan Vitali Balasanyanı gətirməyə çalışırlar.

Təbii ki, bəhs olunan ssenarilər Nikol Paşiyana qarşı sui-qəsdi və Xankəndində atışmaları istisna etmir.

Amma Köçəryan-Sarqyan dueti və Paşinyanın "Qərbmeylli" kursundan narazı qalaraq Ermənistandakı etiraz aksiyalarına maliyyə-texniki dəstəyi verən "Şimaldakı hami" bir məqamı unudurlar: nə indi 1988 və ya 1999-cu ildir, nə də ölkəminz həmin illərin Azərbaycanı.

Qarabağda müvəqqəti yerləşmiş rusiyalı hərbçilərə güvənənlər yanılırlar: Azərbaycan Ordusu mikroskopik həddə olsa belə, situasiyanın təhlükəli məcraya yönəldiyini hiss edən vəziyyətə kəskin müdaxilə edcək.

Bu isə antiterror əməliyyatını istisna etmir.

Özü də əsla...

Elçin Alıoğlu Son.az

"Otellərdəki videolarını götürüb, yayaram, biabır olarsan"  Tiktokda dava like
  • 11 May 14:54  
Digərləri "Otellərdəki videolarını götürüb, yayaram, biabır olarsan" Tiktokda dava

Tanınmış türkiyəli bloger Kekeç Kənanın azərbaycanlı tiktokçuları t

arrow Ətraflı
Rusiya MN: Ötən gecə Ukraynanın 100ə yaxın hərbi obyekti vurulub like
  • 11 May 14:48  
Dünya Rusiya MN: Ötən gecə Ukraynanın 100ə yaxın hərbi obyekti vurulub

Rusiya Silahlı Qüvvələrinin aviasiyası ötən gecə ərzində Ukraynanın 1

arrow Ətraflı
83 yaşlı qadın dünyanın ən çətin yarışında iştirakı ilə hər kəsi heyrətləndirdi like
  • 11 May 14:42  
Digərləri 83 yaşlı qadın dünyanın ən çətin yarışında iştirakı ilə hər kəsi heyrətləndirdi

ABŞ-ın Missuri ştatından olan 83 yaşlı Mildred Uilson dünyanın ən çət

arrow Ətraflı
Rusiyada ötən sutka daha 4102 nəfər koronavirusa yoluxub like
  • 11 May 14:36  
Dünya Rusiyada ötən sutka daha 4102 nəfər koronavirusa yoluxub

Rusiyada son sutka ərzində daha 4102 nəfər yeni növ koronavirusa (COVID-19)

arrow Ətraflı
Türkiyədə qəribə toy adətləri like
  • 11 May 14:30  
Digərləri Türkiyədə qəribə toy adətləri

Pandemiyanın və Ramazan ayının sona çatması ilə Türkiyənin "Efeler

arrow Ətraflı
Rusiyanın Qarabağ planı ÇÖKÜR like
  • 11 May 14:25  
Siyasət Rusiyanın Qarabağ planı ÇÖKÜR

Son günlər Ermənistanda Paşinyan əleyhdarlarının etiraz aksiyaları keçi

arrow Ətraflı
Postmüharibə dövründə 3021 şəhidin ailə üzvünə sosial ödəniş təyin edilib like
  • 11 May 14:24  
Digərləri Postmüharibə dövründə 3021 şəhidin ailə üzvünə sosial ödəniş təyin edilib

Postmüharibə dövründə 45 min şəxs 50 min sosial dəstək tədbiri ilə ə

arrow Ətraflı
"Nə qədər vaxtımın qaldığını heç kim bilmir" like
  • 11 May 14:18  
Şou-biznes "Nə qədər vaxtımın qaldığını heç kim bilmir"

2016-cı ildən bəri bağırsaq xərçəngi ilə mübarizə aparan tanınmış

arrow Ətraflı
"Bayraktar”lar bizi təngə gətirdi”  Rusiya hərbçilərinin SƏS YAZISI like
  • 11 May 14:12  
Dünya "Bayraktar”lar bizi təngə gətirdi” Rusiya hərbçilərinin SƏS YAZISI

Rusiya hərbçiləri Ukraynaya qarşı müharibədə böyük itkilər verməkdə

arrow Ətraflı
Ukraynalılar Xarkovda əks hücuma keçir: like
  • 11 May 14:11  
Dünya Ukraynalılar Xarkovda əks hücuma keçir:

Ukrayna Müdafiə Qüvvələri Xarkov vilayətində Rusiyaya qarşı uğurlu ək

arrow Ətraflı
Ruslar Dubayda daşınmaz əmlak alır. like
  • 11 May 14:06  
Dünya Ruslar Dubayda daşınmaz əmlak alır.

Dubayda daşınmaz əmlak bazarının analiziylə məşğul olan şirkətlərin

arrow Ətraflı
ABŞ Ermənistanda baş verənlərə göz yumur like
  • 11 May 14:01  
Siyasət ABŞ Ermənistanda baş verənlərə göz yumur

Artıq bir neçə həftədir ki, Ermənistanda hazırkı rejimin istefası təl

arrow Ətraflı
Xalq artistinin corablarını ələ saldılar like
  • 11 May 14:00  
Şou-biznes Xalq artistinin corablarını ələ saldılar

Həmişə dəbli geyimləri ilə gündəmdə olan Röya Ayxan bu dəfə ev palta

arrow Ətraflı
Azərbaycan Ordusunda silah və hərbi texnika yay istismar rejiminə keçirilir like
  • 11 May 13:57  
Digərləri Azərbaycan Ordusunda silah və hərbi texnika yay istismar rejiminə keçirilir

2022-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun

arrow Ətraflı
Ukraynada müharibə dalana dirənib like
  • 11 May 13:54  
Dünya Ukraynada müharibə dalana dirənib

Amerika kəşfiyyatı hesab edir ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi d

arrow Ətraflı