Türkiyə ordusu Suriyada 10 terrorçunu zərərsizləşdirib


Dünya 11 May 2022 15:36:00 124 0

Türkiyə ordusu Suriyada 10 terrorçunu zərərsizləşdirib

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında davam etdirdiyi antiterror əməliyyatında daha 10 PKK terrorçusu zərərsizləşdirilib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi bildirib.

Qeyd olunur ki, hərbçilər hücum hazırlığında olan silahlı qruplaşmanın qarşısını alıb.

Eyni zamanda, Türkiyənin İraqın şimalında həyata keçirdiyi "Pəncə Kilid" əməliyyatında türkiyəli hərbçilər bazalara zərbə endirmək üçün nəzərdə tutulmuş və partlayıcı maddələrlə yüklənmiş uçuş aparatını zərərsizləşdirib.