Bakının bu rayonunda yaşayış binası sökülür FOTO


Digərləri 11 May 2022 15:06:00 192 0

Bakının bu rayonunda yaşayış binası sökülür  FOTO

Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə və İ.Talıblı küçələrinin kəsişməsində yerləşən binanın söküntüsünə başlanılıb. Hazırda sökülməkdə olan "xruşovka" tipli binanın yerində yaşayış və qeyri-yaşayış binasının tikintisi planlaşdırılır.

Bu barədə Trend-ə bina sakinləri xəbər verib.

Xatırladaq ki, Yasamal Rayon İcra Hakimiyyətinin baş memarı Eyvaz Bağırov Trend-ə açıqlamasında bildirmişdi ki, mərhələli şəkildə həmin ərazidəki bir neçə bina söküləcək.

Qeyd edək ki, SSRİ-də ilk beşmərtəbəli "xruşovka" bina 1957-ci ildə Moskvada inşa olunub. Bundan qısa müddət sonra SSRİ-nin bütün şəhərlərində bu panel binaların inşasına başlanılır. Azərbaycanda isə "xruşovka"ların tikintisinə 1959-cu ildə start verilib.