ABŞ Ermənistanda baş verənlərə göz yumur


Siyasət 11 May 2022 14:01:00 125 0

ABŞ Ermənistanda baş verənlərə göz yumur

Artıq bir neçə həftədir ki, Ermənistanda hazırkı rejimin istefası tələbi ilə aksiyalar keçirilir. Hədəf Nikol Paşinyan olsa da, daha çox azərbaycanafobiya, türkofobiya şüarları səslənir. Qonşu dövlətlərin bayraqları yandırılır, irqi ayrı-seçkilik zəminində şüarlar səsləndirilir, əvəzində isə Qərbin insan haqlarından dəm vuran təşkilatları, mediası, siyasiləri yenə sükut nümayiş etdirir.

Maraqlı olan həm də odur ki, keçirilən etirazlarda insanlar alçaldılır, fiziki təzyiqlər göstərilir. Qərb, xüsusən də, ABŞ sanki heç nə baş verməyibmiş kimi, heç bir reaksiya vermir. 30 il Azərbaycan torpaqları Ermənistan tərəfindən işğal altında saxlanıldı, milyonlarla insan öz ev-eşiyindən məhrum edildi, qaçqın vəziyyətinə salındı, reaksiya olmadı. Elə ki, Azərbaycan bu işğala son qoymaq üçün hərbi əməliyyatlara başladı, o zaman yada düşdü ki, insan hüqüqları pozulur. BMT tərəfindən tanınan torpaqlarında müharibə başlayan zaman Minsk qrupu həmsədr dövlətlərindən tutmuş bir çox ölkələrə kimi Azərbaycana qarşı təzyiqlər başladı. Beləliklə də, eyni metod, eyni bəsit arqumentlər, eyni qarayaxma. Növbəti dəfə müstəqil postsovet ölkələrində vəziyyətin nəzarətdən çıxması istiqamətində fəaliyyətə start verilib.

Görünən odur ki, ABŞ Dövlət Departamentində viktoriya nulandlar heç cür Azərbaycanı unuda bilmirlər. Onun müstəqil siyasəti, ölkədəki sabitlik onların ürəyincə deyil. 44 günlük müharibədən sonra erməni vandalları tərəfindən dağıdılan əarzilərə vəsait ayırmaq əvəzinə, sabitliyi pozmağa yönəlik addımlar atılır. Məsələn, ABŞ-ın NED-National Endowment for Democracy fondunun Azərbaycana 2022-ci il üçün ayırdığı təsdiqlənmiş qrantın ümumi məbləği 970,235  dollar təşkil edir. Bu məbləğin 398,837 min dolları Bakıda və regionlarda vətəndaş iştirakçılığının aktivliyinin artırılması, insan hüquqlarının müdafiəsi adı altında etirazların təşkili, insan hüquqlarının qorunmasının monitorinqi və digər bu kimi məsələlərin maliyyələşdirilməsi ilə bağlı layihələrin gerçəkləşdirilməsinə yönəldilib.

Budur, Qərb demokratiyası və onun hədəfi. Yaxın Şərqdə, Şimali Afrika və digər bölgələrdə yüz milyonlarla insanlara gətirdikləri "demokratiya"dan deyəsən hələ də, dərs çıxarmayıb. Heç olmasa özündən sonra qoyub getdiyinə bir nəzər salsa yaxşı olardı.

Kamran Seyidov Son.az