"Əlini çək, "kurtka"m səndən bahadır"


Siyasət 11 May 2022 11:44:00 116 0

"Əlini çək, "kurtka"m səndən bahadır"

"Ermənistanda hazırda davam edən nümayişlər iki məsələ ilə fərqlənir".

Bunu Son.az-a açıqlamasında hərbi ekspert Heydər Mirzə deyib.

O bildirib ki, Sarkisyan da, Köçəryan da Paşinyanı əvəz etməyin risk olduğunu anlayırlar:

"Bu iki məsələdən birincisi, Ermənistanın bəzi politoloqlarının çıxışlarını izlədim. Orada çox maraqlı mənzərə var. Deyirlər ki, mitinqlərə yığılanların böyük əksəriyyəti müxalifətin əvvəlki mitinqlərinə gələnlərdən çox fərqlənirlər. İlk növbədə sosial təbəqə: polis gəlir bu etirazçıdan tutur ki, aparsın, həmin şəxs polisə qışqırır ki, "əlini çək, əynimdəki "kurtka" səndən bahadır". Və müşahidələr göstərir ki, bu etiraz aksiyalarında iştirak edənlər köhnə, vaxtı ilə hakimiyyətdə olan oliqarxların, iş adamlarının ailə üzvləridir. Kifayət qədər bahalı-bahalı maşınlarla gəlib, mitinqdə iştirak edənlər var. 

İkinci məsələ - Serj Sarkisyanın dediyi məsələ: Məsələ orasındadır ki, hazırda Ermənistanda hakimiyyətə hər hansı bir qüvvə gəlir gəlsin, o, nə yeni ordu yarada biləcək, nə də güc balansını, regionda ümumi geosiyasi konteksti dəyişə biləcək. Buna obyektiv zəmin yoxdur. Ermənistanda Paşinyanı kim əvəz edir etsin, bu, vəziyyətdən çıxmağa yardımçı ola bilməz. 

Serj Sarkisyanla, Robert Köçəryan bunu əla başa düşürlər və buna görə də hazırda Ermənistan müxalifətinin qarşısında duran əsas problem lidersizlik problemidir. Bu, bir az paradoksal səslənə bilər. Çünki bir tərəfdən Köçəryan, Sarkisyan kimi insanlar var, hansı ki, liderlik təcrübəsi var və iddiaları da ola bilər. Amma məsələ orasındadır ki, bunlar özləri çox yaxşı başa düşürlər ki, hakimiyyətə gəldikləri təqdirdə heç bir şeyi dəyişə bilməyəcəklər. Buna görə də onlar şəxsən fiziki olaraq Sarkisyanın, Köçəryanın və yaxud da Artur Vanetsyanın özləri Paşinyanı devirib yeni hakimiyyətin başında durmaq istəmirlər, riskləri anlayırlar. 

Bütün deyilənləri nəzərə alaraq və hazırkı müxalifətin, yəni köhnə rejimin hansı xarici qüvvə ilə bağlı olduğunu nəzərə alaraq bütün qlobal konteks (Rusiya-Ukrayna müharibəsi) fonunda məndə elə təəssürat yaranır ki, Ermənistanda baş verən hadisələr hakimiyyətin dəyişməsi deyil, Azərbaycanla hərtərəfli uzunmüddətli sazişinin imzalanmasının yubadılması güdülür və bu, kimin marağına qulluq edir, aydındır. 

Bu, nəyə görədir? Ona görədir ki, 9 noyabr 2020-ci ildə imzalanan üçtərəfli razılaşmanın əsas vasitəçi tərəfi Moskva idi. Onun da başı hazırda qarışıqdır və bu sülh sazişinin əldə olunması indiki şəraitdə heç Moskvanın maraqlarına uyğun deyil".

Qeyd edək ki, "Qarabağ klanı"nın əsas üzvlərindən olan Serj Sarkisyan İrəvvandakı mitinqlərdə iştirakı zamanı "Paşinyanı devirək, sonra Şuşa məsələsinə baxacağıq" fikirləri ilə diqqət mərkəzinə düşüb.

Təhməz Əsədov Son.az

“Hər kəs həddini bilsin” like
  • 11 May 11:42  
Şou-biznes “Hər kəs həddini bilsin”

Müğənni İrem Derici və ona xəyanət etdiyi iddia olunan keçmiş sevgilisi

arrow Ətraflı
Mingəçevirdə xəstə qızına işgəncə verən ata həbs edilib like
  • 11 May 11:40  
Digərləri Mingəçevirdə xəstə qızına işgəncə verən ata həbs edilib

Mingəçevirdə qızına işgəncə verən ata həbs edilib.

arrow Ətraflı
Zaporojyeyə raket atılıb: like
  • 11 May 11:38  
Dünya Zaporojyeyə raket atılıb:

Səhər saatlarında Rusiya Zaporojyeni raketlə vurub.

arrow Ətraflı
Bakıda yağışlı hava nə qədər davam edəcək? like
  • 11 May 11:37  
Digərləri Bakıda yağışlı hava nə qədər davam edəcək?

Bu gün Bakıda günün ikinci yarısı yağıntısız keçəcək.

arrow Ətraflı
İrəvanın gizli müharibə hazırlığı like
  • 11 May 11:36  
Digərləri İrəvanın gizli müharibə hazırlığı

Sülh anlaşmasını uzatmaqla Ermənistan özünə daha dərin quyu qazmaqdadı

arrow Ətraflı
Kərimovanın fotoşop sevdası bitmir... like
  • 11 May 11:30  
Şou-biznes Kərimovanın fotoşop sevdası bitmir...

Əməkdar artist Könül Kərimova növbəti dəfə fotoşoplu görüntüləri i

arrow Ətraflı
Məşhur aktrisadan eşq iddialarına cavab like
  • 11 May 11:18  
Şou-biznes Məşhur aktrisadan eşq iddialarına cavab

Hazırda "Yargı" serialında rol alan aktrisa Pınar Dəniz tərəf m

arrow Ətraflı
Meşəni 30 min manatlıq taladılar, like
  • 11 May 11:16  
Digərləri Meşəni 30 min manatlıq taladılar,

Bəzi sosial media səhifələrində Yardımlı rayonunu ərazisində ağacları

arrow Ətraflı
Rusiyanın Ukraynadakı itkiləri 26 mini ötüb like
  • 11 May 11:06  
Dünya Rusiyanın Ukraynadakı itkiləri 26 mini ötüb

Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə v

arrow Ətraflı
“ƏlCəzirə”nin müxbiri öldürüldü like
  • 11 May 11:03  
Dünya “ƏlCəzirə”nin müxbiri öldürüldü

"Əl-Cəzirə" telekanalının müxbiri Şirin Abu Akle İordan çayı

arrow Ətraflı
Qonşusunu niyə öldürdüyünü like
  • 11 May 11:00  
Digərləri Qonşusunu niyə öldürdüyünü

Cəlilabadda qonşusunu qətlə yetirməkdə təqsirləndirilən Həzrət Əliye

arrow Ətraflı
ABŞ Azərbaycanda neft hasilatı ilə bağlı proqnozunu yüksəldib like
  • 11 May 10:57  
Digərləri ABŞ Azərbaycanda neft hasilatı ilə bağlı proqnozunu yüksəldib

2022-ci ildə Azərbaycanda neft və digər maye karbohidrogen hasilatı 0,72 mi

arrow Ətraflı