Qızına fırıldaq gələn ananın məhkəməsi


Digərləri 11 May 2022 10:48:00 117 0

Qızına fırıldaq gələn ananın məhkəməsi

Doğma qızının aldatma və etibardan sui-istifadə etmə yolu ilə onun əmlakını ələ keçirməkdə təqsirləndirilən Mehparə Soltanovanın məhkəməsi başlayır.

Son.az "Report"a istinadən bildirir ki, cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Bədəl Əliyevin sədrliyi ilə araşdırılacaq. Məhkəmənin vaxtı hələ məlum deyil.

Qeyd edək ki, Şirvan şəhər sakini M.Soltanova aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şirvan şəhər sakini Bəhruz Məmiyevin 2014-cü il təvəllüdlü bacısı qızına guya pensiya təyin edilməsi üçün əlillik dərəcəsi alınması ilə bağlı "Şirvan şəhər Mərkəzi Xəstəxanası" Publik Hüquqi Şəxsin Ailə Sağlamlıq Mərkəzinin keçmiş baş həkiminə verməsinə inandırmaqla 2019-cu ilin noyabr ayında ondan 1 500 manat məbləğində pul vəsaitini alaraq dələduzluq yolu ilə ələ keçirmiş və onu rüşvət verməyə təhrik edib.