“ƏlCəzirə”nin müxbiri öldürüldü


Dünya 11 May 2022 11:03:00 132 0

“ƏlCəzirə”nin müxbiri öldürüldü

"Əl-Cəzirə" telekanalının müxbiri Şirin Abu Akle İordan çayının Qərb sahilində qətlə yetirilib.

Son.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə məlumatı telekanal yayıb.

Jurnalist başından güllə yarası alıb, nəticədə dünyasını dəyişib.

Telekanal müxbirin İsrail hərbi qulluqçuları tərəfindən atəşə tutulduğunu iddia edib.