Məşhur aktyor Elvin Ağayev əməliyyat olunacaq! 50 min dollar yardım toplandı


Şou-biznes 11 May 2022 10:54:00 156 0

Məşhur aktyor Elvin Ağayev əməliyyat olunacaq!  50 min dollar yardım toplandı

Xəbər verdiyimiz kimi, ARB TV-də yayımlanan "Səni axtarıram" verilişində məşhur aktyor Elvin Ağayevin qaraciyər köçürməsi əməliyyatı üçün yardım kampaniyası elan olunmuşdu.

Son.az xəbər verir ki, bu gün "Səni axtarıram" verilişində aktyorun əməliyyatı üçün lazım olan 50 min dollardan çox vəsait toplanıb. Bu barədə məlumatı əməkdar jurnalist Xoşqədəm Hidayətqızı "Səni axtarıram" verilişinin canlı efirində elan edib. Qeyd edək ki, Qaraciyər sirrozundan əziyyət çəkən Elvin Ağayevin ailə üzvləri arasında donor tapılmadığından, aktyor Türkiyədə əməliyyat olunacaq.

Son.az