Yunanıstanın Ukraynadakı səfirliyi işini


Dünya 11 May 2022 10:24:00 131 0

Yunanıstanın Ukraynadakı səfirliyi işini

Yunanıstan Ukraynanın paytaxtında səfirliyini yenidən açmaq qərarına gəlib.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə Yunanıstan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi başladıqdan az sonra Kiyevi tərk edən diplomatik missiya yenidən şəhərdə işləyəcək.

Səfirlik Odessadakı Baş Konsulluğu ilə birlikdə adi qaydada fəaliyyət göstərərək, Yunanıstan vətəndaşlarına, eləcə də Ukraynadakı yunan miqrantlarına hər cür yardım göstərməyə davam edəcək.

Bununla yanaşı, Yunanıstan Xarici İşlər Nazirliyi öz dövlətinin vətəndaşlarına Ukraynaya səfər etməyi hələ tövsiyə etmir.