Əllidən çox ölkədə COVIDə yoluxma artır


Dünya 11 May 2022 09:42:00 124 0

Əllidən çox ölkədə COVIDə yoluxma artır

Dünyanın 50-dən çox ölkəsində koronavirusa yoluxma hallarının sayı artır və bu artım "omikron" ştammının alt növlərindən qaynaqlanır.

Son.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı Cenevrədə keçirdiyi brifinqdə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus bildirib.

"50-dən çox ölkədə yoluxma hallarının artması bu virusun gözlənilməzliyindən xəbər verir", - deyə ÜST rəhbəri bəyan edib.

O, vurğulayıb ki, qlobal miqyasda dominant "omikron" variantının BA.2 alt növüdür. Eyni zamanda, yoluxmanın artmasında BA.4 və BA.5 alt növlərinin də rolu var.