Küçədə ona "Şirin" deyənlərlə dava edib VİDEO


Şou-biznes 11 May 2022 03:22:00 143 0

Küçədə ona "Şirin" deyənlərlə dava edib  VİDEO

"Küçədə mənə "Şirin" deyəndə əsəbiləşirəm. "Şirin müəllim" deyəndə yaxşıdır".

Son.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aktyor Nicat Rəhimov "Qısaqapanma" proqramında deyib. O, küçədə ona obrazının adı ilə səslənilməsini sevmədiyini söyləyib.

Nicat etiraf edib ki, ona "Şirin" deyən şəxslərlə mübahisə edib:

"Elə olub ki, yolda maşınla o sözü deyənin arxasınca düşmüşəm. Bir dəfə işıqforda dayanmışdım. Yanda maşın saxladı, içərisi oğlan dolu idi. Açdılar şüşəni qışqırdılar "ay Şirin". Düşdüm bunların arxasınca, saxlatdırdım. Dedim ki, nə olub? Qayıtdılar ki, sizi elə sevirik. Dedim, elə salamlaşmaq olmaz, "Şirin" efirdədir. Bizdə tanınmış aktyorlara sevgisini bildirmək mədəniyyəti hələ yoxdur".