Bu 3 dəstə İmam Zaman ağaya yardım edəcək


Digərləri 10 May 2022 22:20:00 107 0

Bu 3 dəstə İmam Zaman ağaya yardım edəcək

İmam Zaman ağanın (ə.f) qiyamı zamanı üç dəstə yardım edəcəkdir:

Birinci dəstə. İmam Zaman ağanın (ə.f) ətrafında toplanıb ilk ona yardım edəcək kəslər - 313 nəfər xüsusi dostlarıdır ki, Həzrətin (ə.f) ordusuna rəhbərlik edəcəklər.

İmam Cavad (ə) bu haqda buyurur: "Bədr səhabələrinin sayı qədər 313 nəfər səhabələr, Yer kürəsinin uzaq nöqtələrindən onun ətrafında hazır olacaqlar".

İkinci dəstə. On min nəfərlik ordudur ki, İmamın (ə.f) ən yaxın tərəfdaşlarından təşkil ediləcəkdir. Bu ordu toplanan kimi, İmamın (ə.f) qiyamı başlayacaqdır.

İmam Cavad (ə) buyurur: "On min kişidən ibarət olan əqd kamil olan kimi, Əziz və Cəlil Allahın izni ilə qiyam edəcəkdir".

Üçüncü dəstə. Zülmdən yorulmuş insan toplumudur ki, İmama (ə.f) yardım etmək üçün ona qoşulacaqlar.

Həzrət Peyğəmbər (s) buyurur: "Yer üzü nuru ilə aydınlanar və hökuməti dünyanın şərq və qərbinə çatar".

İmam Sadiq (ə) buyurur: "Hər kim Həzrət Qaimin (ə) dostlarından olmaq istəyirsə, gərək müntəzir olsun. O zaman ki, müntəzirdir, təqva ilə əməl etsin və gözəl əxlaq əsasında rəftar etsin".

İmamın (ə.f) 313 nəfər ən xüsusi dostları hansısa irq və diyardan deyildirlər, dünyanın hər yerindəndir.

İmam Cavad (ə) buyurur: "Səhabələri Bədr əhlinin sayı qədər ona tərəf toplanarlar, Yer kürəsinin ən uzaq nöqtələrindən olan 313 nəfər".

Əlbəttə bəzi hədislərdə bu 313 nəfərin bəzilərinin adları və ölkələri bəyan edilmişdir. Ancaq əlimizdə olan dəqiq məlumat budur ki, bu insanlar dünyanın müxtəlif yerlərindən olacaqdır.