Uşaqları tərəvəz yeməyə necə alışdırmaq lazımdır?


Digərləri 10 May 2022 23:25:00 150 0

Uşaqları tərəvəz yeməyə necə alışdırmaq lazımdır?

Yeni elmi araşdırma göstərib ki, balaca uşaqlar kiçik mükafatlar aldıqları təqdirdə daha çox tərəvəz istehlak edirlər. Valideynlərin bildiyi kimi, uşaqlara tərəvəz yeməyi öyrətmək çətin məsələdir.

Son.az medicina.az-a istinadən bildirir ki, Nİderland Qida sağlamlıq və təhlükəsizliyi İnstitutunun alimləri uşaq rasionuna tərəvəzləri düzgün daxil etməyin yollarını araşdırıb.

"Tərəvəzləri erkən yaşlardan rasiona daxil etmək vacibdir"

Müvafiq proqrama bir yaşdan dörd yaşa qədər 600-ə yaxın uşaq cəlb olunub. B. van Belkom həmkarları ilə birgə onları təsadüfi seçim yolu ilə üç qrupa bölüblər: təsir/mükafat, təsir/mükafatsız və təsirsiz/mükafatsız nəzarət qrupu. İlk iki qrupa daxil olan uşaqlara üç ay ərzində hər gün uşaq bağçasında müxtəlif tərəvəzlərin dadına baxmaq təklif olunub. Eyni zamanda, birinci qrupdakı uşaqlara əyləncəli mükafatlar: stikerlər və ya oyuncaq taclar təklif edilib.