Dövlət başçısı Şuşada bayrağımızın qaldırılmasından danışdı


Siyasət 10 May 2022 21:48:00 248 0

Dövlət başçısı Şuşada bayrağımızın qaldırılmasından danışdı

"Arxamdakı inzibati binanın damında Şuşanın alınmasından sonra Azərbaycan bayrağı qaldırılmışdır və binanın damından müzəffər Azərbaycan əsgərləri Şuşanın azad olunması ilə bağlı mənə raport vermişlər".

Bunu Prezident İlham Əliyev Şuşada müraciətində deyib.

"Bu gün mayın 10-da mən yenidən Ulu Öndərin xatirəsinə Azərbaycan xalqının ehtiramını ifadə edərək Azərbaycan xalqını əmin etmək istəyirəm ki, bundan sonra da xalqımızın, dövlətimizin inkişafı, müstəqilliyimizin möhkəmləndirilməsi üçün əlimdən gələni əsirgəməyəcəm", - Prezident qeyd edib.