Tokayev: “Türkiyədən hər zaman yaxşılıq görmüşük”


Siyasət 10 May 2022 21:56:00 173 0

Tokayev: “Türkiyədən hər zaman yaxşılıq görmüşük”

Türkiyədən heç bir zaman ziyan görmədik, ancaq yaxşılıq görmüşük.

Son.az APA-ya istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Türkiyəyə səfəri zaman həmkarı Rəcəb Tayyib Ərdoğanla birgə mətbuat konfransında deyib.

O, Türkiyə ilə əməkdaşlığın ölkəsi üçün böyük əhəmiyyət kəsb etdiyini, Ankaranın vacib strateji müttəfiq olduğunu qeyd edib: "Türkiyənin hər zaman Qazaxlstana dəstək olduğunu bilirik, biz bunu həmişə his edirik. Bu gün görüşlərimizin nəticəsi olaraq, önəmli sazişlərə nail olduq. Bu səfər siyasi, ticari, iqtisadi, hərbi, humanitar, mədəni və digər sahələrdə olan əməkdaşlığımızı dərinləşdirməyə imkanlar yaradacaq".