Sərvəti düzgün xərcləməyin 5 yolu


Digərləri 10 May 2022 21:10:00 88 0

Sərvəti düzgün xərcləməyin 5 yolu

Həzrət Peyğəmbər (s) buyurur: "Pak mal, saleh və müdrik insanın əlində çox yaxşıdır".

Allah Təala bu sərvəti bizə yersiz yerə verməmişdir. Ona görə də onu xərlcəyən zaman diqqət etmək lazımdır.

1. Sərvətinin olmağına görə bir düşün ki, Allah səni zəngin etmişdir, bəs səndən nə istəmişdir. İnsanların düyünlərini açmağı, yoxsa sərvəti toplamağı?

2. Gəliri necə əldə etdiyinə diqqət göstər və bax gör, əgər şübhəli yoldandırsa - yolunu dəyişdir.

3. Xərcləyən zaman təmkinli ol və hər nə istəyirsənsə, onun hamısını alma.

4. Sərvətini insanlara fayda verəcək yollarda xərclə.

5. Ürəyində davamlı olaraq Allaha de: "Özünün mənə əta etdiyin bu sərvəti Sənin yolunda xərcləməyə izn ver".

İnsanlar dünya ilə rabitədə üç dəstəyə bölünür:

1. Zahidlər. Dünyada onlara çatan paydan sevinməzlər və əgər malik olduqlarını əldən versələr, pis olmaz və fikir çəkməzlər. Onların əbədi rahatlığı vardır.

2. Səbir edənlər. Ürəkləri dünyanı istəyir və əgər batinlərini oxuya bilsən, görərsən ki, başqa insanlar kimi dünya malını istəyirlər. Ancaq yaxşı bilirlər ki, dünyada çoxlu sərvətə malik olmaq axirətləri üçün ziyanlıdır, nəfslərini cilovlayar və səbir edərlər.

3. İstəklilər. Onlar sərvətin gəlməyini gözləməzlər və o zaman ki, gəlib çatar, onun hesabını çəkməzlər.