İlham Əliyev: Biz doğma torpaqlarımıza əbədi qayıtmışıq və burada əbədi yaşayacağıq


Siyasət 10 May 2022 21:14:00 111 0

İlham Əliyev: Biz doğma torpaqlarımıza əbədi qayıtmışıq və burada əbədi yaşayacağıq

Biz bu torpaqlara, doğma torpaqlarımıza əbədi qayıtmışıq və burada əbədi yaşayacağıq.

Bunu Prezident İlham Əliyev bu gün Şuşaya səfəri çərçivəsində müraciəti zamanı deyib.

Dövlət başçısı bildirib: "Bu gün mayın 10-da mən mütləq burada olmalı idim. Ulu Öndərin xatirəsinə öz ehtiramımı və Azərbaycan xalqının ehtiramını buradan ifadə etməli, bir daha deməli idim ki, biz bu torpaqlara, doğma torpaqlarımıza əbədi qayıtmışıq və burada əbədi yaşayacağıq.

Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!".