Ötən həftə 344 hektar ərazi minalardan təmizlənib


Digərləri 10 May 2022 20:12:00 134 0

Ötən həftə 344 hektar ərazi minalardan təmizlənib

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları zamanı ötən həftə aşkarlanan minaların sayını açıqlayıb.

ANAMA-dan Son.az-a verilən məlumata görə, mayın 2-dən 7-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 97, tank əleyhinə 35 mina və 86 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 344 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.