Rusiyada Türkiyəyə məxsus gəmi yanıb, ölən var


Dünya 10 May 2022 18:08:00 121 0

Rusiyada Türkiyəyə məxsus gəmi yanıb, ölən var

Rusiyanın Krasnodar diyarında, Temryuk limanında Türkiyəyə məxsus gəmidə yanğın baş verib.

Son.az Trend-ə istinadən xəbər verir ki, hadisə nəticəsində bir nəfər həlak olub.

Qeyd olunur ki, yanğın taxıl gəmisində başlayıb. Bir müddətdən sonra yanğın söndürülüb.

Gəmidə Türkiyə və Hindistan vətəndaşlarının olduğu deyilir.