Merilin Manronun portreti rekord qiymətə satıldı


Şou-biznes 10 May 2022 18:00:00 117 0

Merilin Manronun portreti rekord qiymətə satıldı

Dünya şöhrətli mərhum aktrisa Merilin Manronun portreti rekord qiymətə satılıb.

Son.az axşam.az-a istinadən xəbər verir ki, Christie's hərrac evi tərəfindən rəssam Endi Uorholun 1964-cü ildə çəkdiyi "Vurulan Merilinlər" adlı əsər 195 milyon dollar qarşılığında alıcıya təqdim olunub.

Bildirilib ki, satışdan əldə edilən bütün gəlir uşaq xeyriyyə fonduna ianə ediləcək.

Qeyd edək ki, rəsm əsəri Monronun 1953-cü ildə lentə alınan "Niaqara" filminin reklamında olan fotoşəkili əsasında çəkilib. Uorhol portretinin müxtəlif rənglərdə bir neçə versiyasını hazırlayıb.