“Bir dilək tut” filmi Nizami Kino Mərkəzinin ekranında


Digərləri 10 May 2022 17:02:00 144 0

“Bir dilək tut” filmi Nizami Kino Mərkəzinin ekranında

Mayın 12-dən, Nizami Kino Mərkəzində Türkiyə istehsalı olan  "Bir dilək tut" bədii filminin nümayişi başlanır.

AF Media-Azərbaycan  şirkətinin təqdimatı ilə nümayişə girən  "Bir dilək tut" ailəvi, dram və  fantastika janrında  çəkilən filmin rejissoru və ssenarı müəllifi  Meta Akkuşdur. Yaş həddi: 6+

Yaşadıqları  yerdə çox gözəl və xoşbəxt bir həyatı olan balaca Kaan bir gün ailəsinin İstanbula köçəcəyini öyrənir. Bu xəbər onu kədərləndirir. 

Dostlarını və sevimli avarçəkmə komandasını tərk etmək istəmir. O, bir şey etməli və bu səyahəti dayandırmalıdır. İşin həllini xalasının ona hədiyyə etdiyi kitabda tapır. "Bir dilək tut" kitabı sayəsində dilək tutmağın, saflığın və gözəl qəlbli olmanın sirrlərini kəşf edir. Kitab onun qarşısına, heç xəyal etmədiyi başqa bir  dünyanın qapılarını açır...

Filmdəki baş rollara Vildan Atasever, Altan Erkekli, İhsan Berk Aydın, Mehmet Turan Doğan, Almira Tuana Albay, Yusuf Kemal Kılkış, Melisa Giz Cengiz, Ceren Reis Arda Kalaycı, Berke Mutlu Melis Kara, Bartu Mutlu, Özer Tuncer, Tonguç Oksal, Gün Akıncı və başqaları çəkiliblər.

Film haqqında daha ətraflı məlumatı Nizami Kino Mərkəzinin instagram və facebook  səhifəsindən öyrənə bilərsiniz.