Çində səma al qırmızı rəngə boyandı


Dünya 10 May 2022 15:30:00 116 0

Çində səma al qırmızı rəngə boyandı

Çinin Çjetszyan əyalətindəki Çouşan şəhərində səma qırmızı rəngə boyanıb.

Son.az Xəzər TV-yə istinadən xəbər verir ki, daha əvvəl heç vaxt belə halla qarşılaşmadıqlarını deyən şəhər sakinləri vəziyyətə görə xeyli təəccübləniblər.

Onların sosial şəbəkələrdə paylaşdığı görüntülər qısa zamanda viral olub.

Çouşan Meteorologiya Bürosunun əməkdaşlarından birinin verdiyi açıqlamada qeyd edilib ki, sözügedən vəziyyət havanın dumanlı olması, bulut səviyyəsinin azlığı və işığın buludlardan əks olunması ilə  əlaqədar ola bilər.

Uhandakı Çin Yer Elmləri Universitetinin kosmos fizikası tədqiqat qrupu ölkə mətbuatına açıqlamasında Günəşin və geomaqnit aktivliyinin sakit olduğunu və əhəmiyyətli anomaliyaların olmadığını bildirib. Həmçinin bildirilib ki, geomaqnit və günəş aktivliyi Çouşanda səmanı qırmızıya çevirib.