Məşhur rəqqasə: “Məni valeh etdilər”
Şou-biznes 10 May 2022 16:12:00 103 0
"Oğlanların rəqsini xüsusilə bəyəndim. Məni valeh etdilər".
Son.az xəbər verir ki, bunu oxu.az-a açıqlamasında Xalq artisti, "Şərəf" və "Şöhrət" ordenli rəqqasə Roza Cəlilova Azərbaycan Dövlət Rəqs Ansamblının xeyriyyə konsertində deyib.
"Rüfətin (Ansamblın bədii rəhbəri, Xalq artisti Rüfət Xəlilzadə - red.) əziyyəti sayəsində rəqs ansamblı çox yüksək səviyyədədir. Oğlanların rəqsini izləyəndə sanki Rüfəti gördüm. O, gənc vaxtı gəldi, rəqs etdi, indi də bədii rəhbərdir. Mən çox sevinirəm ki, kollektivin rəhbəri odur. Rəqqas, rəqqasənin bədii rəhbər olması çox nadir hallarda olur. Rüfət çox gözəl rəqs edib, çox gözəl rəqslər qurur, çox da gözəl kollektivi var. Onunla fəxr edirəm. Mən hər adama bu sözü demirəm", - deyə o bildirib.
Qeyd edək ki, 9 may 2022-ci il tarixində Heydər Əliyev Sarayında Azərbaycan Dövlət Rəqs Ansamblının xeyriyyə konserti keçirilib.
Konsertin açılış rəqsi Xalq artisti Rüfət Xəlilzadənin bədii rəhbəri olduğu Azərbaycan Dövlət Rəqs Ansamblının ifasında "Mənim Azərbaycanım" süitası olub.
2022-ci ilin birinci rübü üzrə Azərbaycanda rəsmi avtomobil dilerlərinin

Bakıda məcburi köçkünlərin müvəqqəti yaşadıqları binalardan birinin

Bu gün Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyut

Kiyevdə əsasən hərbi qənimətlərdən və müharibənin digər "yadiga

Çinin Çjetszyan əyalətindəki Çouşan şəhərində səma qırmızı rəng

Xalq artisti Tünzalə Ağayeva şairə Nazilə Səfərlinin oğlu Nurlanın toy

2022-ci ilin aprelində Yer kürəsi atmosferində karbon qazının rekord yüks

Azərbaycan Respublikası Prezidentinin sabiq köməkçisi Əli Həsənov uzun f

Bəzən bir mənzilin bir neçə nəfərə satıldığı ilə bağlı xəbərlə

Ötən gün şairə Nazilə Səfərlinin oğlunun toyu baş tutub.

Medianın İnkişafı Agentliyində (MEDİA) İcraçı direktor Əhməd İsmayı

Rusiyanın Mariupoldakı "Azovstal" zavodunu atəşə tutması nətic
