Ölkə ictimaiyyəti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edir


Siyasət 10 May 2022 14:33:00 104 0

Ölkə ictimaiyyəti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edir

Bu gün xalqımızın xilaskar oğlu, ümummilli lider Heydər Əliyevin anadan olmasından 99 il ötür.

Son.az Trend-ə istinadən bildirir ki, ölkə ictimaiyyətinin nümayəndələri hər il olduğu kimi, bu dəfə də Fəxri xiyabana axışaraq Ümummilli Liderin məzarını ziyarət edir, xatirəsinə dərin hörmət və ehtiramlarını bildirirlər.

Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, dünyaşöhrətli siyasi xadim Heydər Əliyevin xatirəsini yad etməyə gələnlər sırasında cəmiyyətin müxtəlif təbəqələrindən olan insanları - Vətən müharibəsi qazilərini, hərbçiləri, dövlət təşkilatlarının nümayəndələrini, elm və mədəniyyət xadimlərini, müharibə və əmək veteranlarını və başqalarını görmək olar.

Fəxri xiyabana gələn çoxsaylı ziyarətçilər Ümummilli Liderin məzarı üzərinə gül dəstələri qoyurlar.