Kanat yolunda qəza: Aralarında uşaqlar olmaqla onlarla sərnişin havada qaldı


Digərləri 10 May 2022 14:24:00 139 0

Kanat yolunda qəza: Aralarında uşaqlar olmaqla onlarla sərnişin havada qaldı

Ufada kanat yolu dayanıb. Sərnişinlər bir neçə metr hündürlükdə havada asılı qalıblar.

Ümumilikdə funikulyorun kabinələrində 9-u uşaq olmaqla 35 nəfər olub.

Son.az oxu.az-a istinadən xəbər verir ki, insanların aşağı düşməsinə kömək etmək üçün hadisə yerinə xilasedicilər cəlb olunub.

Zərərçəkənlərin olmadığı bildirilir.

Məlum olub ki, kanat yolu dayaqlardan birində kabeldə qəza səbəbindən dayanıb. Funikulyor təmirə bağlanıb.