Heydər Əliyev Azərbaycanın iqtisadi və siyasi cəhətdən güclü ölkəyə çevrilməsində böyük rol oynayıb


Siyasət 10 May 2022 13:15:00 83 0

Heydər Əliyev Azərbaycanın iqtisadi və siyasi cəhətdən güclü ölkəyə çevrilməsində böyük rol oynayıb

Heydər Əliyev Azərbaycanın iqtisadi və siyasi cəhətdən güclü ölkəyə və yekunda ərazilərini erməni işğalından azad etmiş güclü ordusu olan ölkəyə çevrilməsində böyük rol oynayıb.

Bunu Trend-ə Rusiyanın Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov deyib.

Onun sözlərinə görə, Heydər Əliyev bir neçə vacib tapşırıq yerinə yetirib.

"Birincisi, Heydər Əliyev Azərbaycanda gedən vətəndaş müharibəsini dayandırıb. Biz xalq cəbhəsindən olan radikalları xatırlayırıq. İkinci tarixi tapşırıq o idi ki, Heydər Əliyev diplomatik istedadını istifadə edərək Ermənistanla müharibəni dayandırdı. Rusiya, Türkiyə, Amerika, Avropa rəhbərlikləri ilə işləyərək o, döyüş əməliyyatlarının dayandırılmasına nail oldu", - deyə o bildirib.

S.Markov qeyd edib ki, Heydər Əliyevin reallaşdırdığı üçüncü tapşırıq Azərbaycanın yeni dövlətçiliyinin qurulması idi.

"Sovet dövlətçiliyinin və xalq cəbhəsindən radikalların qurmağa çalışdığı dövlətin qalıqları üzərində Heydər Əliyev yeni dövlətçilik yaratdı. Öz müdrikliyinə və Azərbaycan vətəndaşlarının mütləq çoxluğunun dəstəyinə arxalanan Heydər Əliyev tez bir zamanda möhkəm və sabit siyasi institut qura bildi. Heydər Əliyevin yerinə yetirdiyi dördüncü tapşırıq dünyəvi dövlətçiliklə İslam ənənələri arasında perspektivli balansın qurulması idi. Dünyəvi dövlət institutlarının və İslam ənənələrinin qarşılıqlı münasibətlər məsələsi əhalinin çoxluğunun İslam mədəniyyətinə mənsub olduğu bütün ölkələr üçün ən çətin problemlərdəndir. Bir çox dövlətlər bunun öhdəsindən gələ bilmir. Heydər Əliyev isə İslam ənənəsinin və dünyəvi dövlətçiliyin ahəngi ilə bağlı Türkiyə təcrübəsindən maksimum yararlana bildi. Bununla da Azərbaycanda siyasi sabitlik təmin olundu", - politoloq deyib.

Onun sözlərinə görə, Heydər Əliyevin yerinə yetirdiyi beşinci tapşırıq əlverişli xarici mühitin yaradılması olub.

"Heydər Əliyev hər sahədə Azərbaycana kömək edən Türkiyə ilə müttəfiq münasibətləri, Rusiya ilə xoş, dostluq və tərəfdaşlıq münasibətləri və eyni zamanda ABŞ və Avropa İttifaqı ilə sakit, tərəfdaşlıq əlaqələri qura bildi. Beləliklə, Azərbaycanın inkişafı üçün əlverişli xarici mühit yarandı.

S.Markov bildirib ki, altıncı tapşırıq enerji strategiyasının hazırlanması və Azərbaycan dövlət büdcəsinə vəsaitlərin daxil olması üçün səmərəli mənbənin yaradılması idi.

"Bu, dəqiq hazırlanmış "Əsrin müqaviləsi" sayəsində mümkün oldu. Bunun mahiyyəti ondadır ki, Heydər Əliyev eyni zamanda Azərbaycanın neft-qaz yataqlarının işlənməsi üçün iri qərb korporasiyalarının investisiyaları və texnologiyalarını cəlb etdi və bununla qərb korporasiyalarının köməyi ilə Avrozona ölkələrində Azərbaycan nefti və qazı üçün pay əldə etdi. Eyni zamanda Heydər Əliyev əsas səhmlər paketini və neft-qaz hasilatı və satışından gəlirlərin böyük hissəsini Azərbaycan Dövlət Neft Şirkətinə saxlaya bildi. Nəticədə Azərbaycan qərb korporasiyalarının hasilatı həyat keçirdiyi və bütün gəlirləri özünə saxlamasında ifadə olunan tələdən yaxa qurtara bildi. Heydər Əliyev həmin tələyə düşmədi və eyni zamanda Azərbaycan qərb korporasiyalarından investisiyalar, texnologiyalar və bazarlar əldə edərək, gəlirləri və nəzarəti özündə saxladı", - politoloq deyib.

Onun sözlərinə görə, Heydər Əliyevin siyasəti Prezident İlham Əliyev tərəfindən tam şəkildə davam etdirilib və o da özünün tarixi tapşırıqlarını yerinə yetirib.

"Prezident İlham Əliyev Azərbaycanın neft-qaz sektorunun böhransız, sakit işini təmin edə bildi ki, bu da ölkəni ən etibarlı enerji daşıyıcıları tədarükçülərindən birinə çevirdi. Bunun sayəsində Prezident İlham Əliyev Azərbaycanın iqtisadi artımının yüksək templərini təmin edə, eləcə də korrupsiyanın öhdəsindən gələ bildi. Nəticədə Azərbaycan neft və qazından gələn pullar korrupsiyaçılara deyil, büdcəyə getdi və sosial problemlərin həlli, infrastrukturun qurulması və güclü ordunun yaradılmasına istifadə olundu. Məhz uzun illər hazırlanan güclü ordu yekunda ikinci Qarabağ müharibəsində Ermənistan üzərində heyrətamiz qələbə qazandı, işğal edilmiş torpaqları azad etdi", - deyə o bildirib.

Bu da Nigar Camalın özündən gözəl qızı Jasmin like
  • 10 May 13:12  
Şou-biznes Bu da Nigar Camalın özündən gözəl qızı Jasmin

Tanınmış ifaçı Nigar Camalın 16 yaşlı qızı gözəlliyi ilə diqqət ç

arrow Ətraflı
Ukraynalı miqrantların Azərbaycanda qalma müddəti uzadılacaq like
  • 10 May 12:54  
Siyasət Ukraynalı miqrantların Azərbaycanda qalma müddəti uzadılacaq

Azərbaycandakı ukraynalı miqrantların qalma müddəti bitəndən sonra da ö

arrow Ətraflı
HAVA necə olacaq?  PROQNOZ like
  • 10 May 12:52  
Digərləri HAVA necə olacaq? PROQNOZ

Mayın 11-nə gözlənilən hava şəraiti açıqlanıb.

arrow Ətraflı
Ukraynalılar Putinin planını məhv etdi like
  • 10 May 12:42  
Dünya Ukraynalılar Putinin planını məhv etdi

Böyük Britaniyanın Baş naziri Boris Conson Ukraynanın Rusiya ilə müharib

arrow Ətraflı
“Azəriqaz”: 100ə yaxın obyektdə pozuntular aşkarlanıb like
  • 10 May 12:36  
Digərləri “Azəriqaz”: 100ə yaxın obyektdə pozuntular aşkarlanıb

"İctimai iaşə obyektlərində qaz balonları və digər qızdırıcılar

arrow Ətraflı
Əbədiyaşarlıq haqqını qazanmış Ulu öndər like
  • 10 May 12:34  
Siyasət Əbədiyaşarlıq haqqını qazanmış Ulu öndər

Ulu öndər Heydər Əliyevin həyatının leytmotivi Azərbaycanın müstəqill

arrow Ətraflı
Əliyev çox ciddi xarici siyasət aparır like
  • 10 May 12:24  
Digərləri Əliyev çox ciddi xarici siyasət aparır

Birbaşa etiraf etməliyik ki, İlham Əliyev çox ciddi xarici siyasət aparır

arrow Ətraflı
Azərbaycanda polis yanan maşını belə söndürdü like
  • 10 May 12:18  
Digərləri Azərbaycanda polis yanan maşını belə söndürdü

Sumqayıt şəhərində "Mercedes" markalı avtomobildə yanğın baş

arrow Ətraflı
Gəlin toyda bəyi yerə sərdi like
  • 10 May 12:06  
Digərləri Gəlin toyda bəyi yerə sərdi

Türkiyənin Dənizli bölgəsində cüdo məşqçiləri Talha Enes Arıoğluyla

arrow Ətraflı
DTX əməkdaşları Ulu Öndərin məzarını ziyarət ediblər like
  • 10 May 12:04  
Siyasət DTX əməkdaşları Ulu Öndərin məzarını ziyarət ediblər

Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməkdaşları Ulu Öndərin məzar

arrow Ətraflı
Rusiyanın gerbinə çarizm və SSRİ dövrünün rəmzləri əlavə oluna bilər like
  • 10 May 11:54  
Digərləri Rusiyanın gerbinə çarizm və SSRİ dövrünün rəmzləri əlavə oluna bilər

Rusiyanın "Gecə canavarları" motoklubunun rəhbəri Aleksandr Zaldo

arrow Ətraflı
Kapital Bank müqavilələrin məsafədən imzalamaq imkanını təqdim edir like
  • 10 May 11:29  
Digərləri Kapital Bank müqavilələrin məsafədən imzalamaq imkanını təqdim edir

Kapital Bank fiziki şəxslər üçün müqavilələrin məsafədən imzalamaq i

arrow Ətraflı
Sərhəd mühafizə orqanlarının tərkibinə dəyişiklik edilib like
  • 10 May 11:28  
Siyasət Sərhəd mühafizə orqanlarının tərkibinə dəyişiklik edilib

Prezident İlham Əliyev "Sərhəd mühafizə orqanları haqqında" Az

arrow Ətraflı