Rusiya Sarkisyana Şuşa sözü verdi?


Siyasət 10 May 2022 13:40:00 98 0

Rusiya Sarkisyana Şuşa sözü verdi?

Düşmən Kəlbəcərdə atəşkəsi yenə pozdu. Mayın 9-u axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Əzizli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan istifadə etməklə fasilələrlə atəşə tutub.

Bu xəbəri də oxu: Daha bir rus jurnalist ölkəsini

Ermənistan daxilində də Paşinyan əleyhdarlarının etiraz aksiyaları nəticəsində gərginlik pik həddə çatır. Əslində bu hər iki olay bir ssenarinin kiçik hissəsidir.

Ermənistanda baş verənlərin "dirijor"u Kremldir

Rusiya prezidentinin sözçüsü D.Peskovun Ermənistandakı aksiyalarla bağlı "Rusiya Ermənistanda vəziyyətin sabitləşməsində maraqlıdır" sözləri ilk baxışda Kremlin neytral mövqe tutacağı anlamına gələ bilər. Amma əslində situasiya tamamilə fərqlidir.

Rusiya Ermənistanda ikinci Qazaxıstan hadisələrini təkrarlayaraq KTMT qoşunları adı altında Ermənistana daha böyük qüvvə ilə daxil olmaqla, faktiki olaraq, orada vəziyyəti istədiyi kimi hərbi güc yolu ilə tamamilə nəzarətə götürə bilər.

İndi deyilə bilər ki, "Rusiya bunu edə bilməz", "Rusiya beynəlxalq hüququ pozmuş olar" və s. Amma Ukrayna müharibəsi göstərir ki, Rusiya üçün beynəlxalq qanun da, beynəlxalq hüquq da sadəcə kağız üzərindədir. Moskva üçün bütün bunlar istədiyi kimi davranmaq deməkdir. Rəsmi Moskva bu addımı atmaqla ələlxüsus da onun üçün çox önəmli manevri gerçəkləşdirmiş ola bilər.

Belə ki, Qərbin marağının hər ötən gün daha da artdığı Cənubi Qafqaz regionunda vəziyyəti əldən verməmək üçün Rusiya uzun illər istifadə etdiyi Qarabağ açarını əldən verməmək məqsədilə son addım kimi məhz "KTMT qoşunları"nı Ermənistanda ictimai-siyasi vəziyyəti, xaos durumu aradan qaldırmaq, ölkədə vətəndaş müharibəsinin qarşısını almaq adı altında nəzarətə götürərək, Moskvanın icazəsi olmadan orada bir quş belə uçmasına imkan verməmək planını həyata keçirmək haqda düşünə bilər. Bununla Rusiya həm Qərbin, ABŞ-ın Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi, sülh prosesindəki roluna mane olmağı nəzərdən keçirə bilər, həm də iki ölkə arasında xaos vəziyyəti saxlamaqla, sərhəddə gərginliyi "artırmaqla" revanşist qüvvələrin Azərbaycana ərazi iddiaları ilə bağlı niyyətlərini həyata keçirmək üçün əlavə imkan yarada bilər.

Bu imkan isə təbii ki, sonrakı mərhələdə eynilə SSRİ-nin XX əsrin sonlarında dağılması prosesinin təkrarı ola bilər. Bu mənada ki, Rusiyanın rəhbərlik etdiyi KTMT qoşunları müəyyən müddətdən sonra Ermənistanı tərk etdiyini bəyan edəcəyi istisna edilməsə də bu, eynilə 1990-cı illərdə olduğu kimi sadəcə gözdən pərdə asmaqdan başqa bir şey olmaya bilər. 

Necə ki, biz bunu 30 il əvvəl də Rusiyadan gördük. keçmiş sovet ordusunun 366-cı motoatıcı alayı Xankəndi şəhərində yerləşən hərbi birləşməsi kimi 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələrinin iştirakı ilə Xocalı şəhərini işğal etdi. Bu dəhşətli əməliyyat zamanı aylarla mühasirədə saxlanılan Xocalıya edilmiş hücum nəticəsində bir gecənin içində şəhər yerlə yeksan edildi, dinc əhaliyə amansızlıqla divan tutuldu (613 nəfər xüsusi amansızlıqla qətlə yetirildi, 1275 nəfər girov götürüldü. Onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. Qətlə yetirilənlərin 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri ahıl və qoca idi. Hərbi təcavüz nəticəsində 8 ailə tamamilə məhv edildi - red.).

Birinci Qarabağ müharibəsinin iştirakçılarının və şahidlərinin dediklərindən də aydın olur ki, həmin vaxt Azərbaycana qarşı rusiyalı hərbiçilərlə yanaşı onların xeyli sayda ağır texnika və silah-sursatından da istifadə edilib. Bu, Moskvanın köhnə ssenarini yeni adla reallaşdırmaq planı da ola bilər. 

Moskvanın PLANI

Rusiya beləcə, həm Ermənistandakı xaos durumdan istifadə edib ordusunu İrəvana yürütmək kimi hədəfini gerçəkləşdirə bilər, həm də Azərbaycanla sərhəddə silahlı insidentləri artıraraq iki ölkə arasında vəziyyəti xeyli dərəcədə gərginləşdirərək, sülh danışıqlarını sıfırlamaqla müharibə, münaqişə vəziyyəti yaratmağa nail ola bilər. Bunun davamı olaraq isə Ermənistana gətirdiyi yeni hərbi birləşmələrini və hərbi texnikasını Azərbaycanla sərhəddə kimi apararaq orada Azərbaycana müqavimət göstərmək məqsədilə İrəvana revanşist qüvvələrin ərazi iddialarını daha da alovlandırmaq üçün istifadə edə bilər. Azərbaycan Ermənistan ərazisindən atəş nöqtələrini susdurarkən isə Rusiyanın sərhəddəki silahları işə salmayacağına əmin deyilik. 

Nəticədə Rusiya bu addımı ilə Ermənistan əhalisinin inam-etimadını, dəstəyini almaqla Qərbə inteqrasiyanın onlara bir fayda verməyəcəyini, Moskvanı dəstəkləyəcəkləri halda Ermənistanı hər zaman müdafiə edəcəkləri təəssüratı yaratmaqla itən etimadını bərpa etmək istəyəcək. Çünki Rusiya düşünür ki, regionda vəziyyəti nəzarətdə saxlamaq üçün erməni amilindən istifadə edib ərazi iddiaları vasitəsilə münaqişə ocağını alovlandırmaqla təkcə Ermənistanla Azərbaycan arasında gərgin durumu uzatmayacaq, eyni zamanda Cənubi Qafqazdakı varlığının müddətini də uzadacaq. 

Əslində Lavrovun aprelin 9-da Ararat Mirzoyanı Moskvada qəbul edərkən Ermənistanı silahlandırmaq, onun müdafiə gücünü artırmaqla bağlı açıqlamasından rəsmi İrəvana və erməni xalqına müəyyən mesajlar ötürülmüşdü. 

İndi isə rəsmi Bakının Brüsseldəki 5 maddəlik sülh təklifi ilə bağlı razılaşmaya mane olmaq məqsədilə bu sadalanan planın həyata keçirilməsi üçün əsas rıçaqları olan Sarkisyan-Köçəryan amili yenidən dövrəyə daxil oldu. Uzun müddət idi heç bir siyasi aksiyada, etiraz mitinqlərində görünməyən "Qarabağ klanı" yenidən müxtəlif yollarla arxasına xeyli sayda insan yığaraq Paşinyanı istefaya səsləyirlər. Əsl səbəb onların birbaşa olaraq Paşinyanı postundan uzaqlaşdırmaq yox, məhz Moskvanın təqdim etdiyi plan üzrə hərəkət edərək aksiyanın miqyasını və hökümətlə etirazçılar arasında vəziyyəti dözülməz həddə çatdıraraq Rusiyanın rəhbərliyi altında KTMT ordusunun Ermənistana daxil olmasına nail olmaqdır. 

Ermənistanı müharibəyə sürükləyirlər

Sarkisyan və Ohanyanın son açıqlamalarından da bir daha aydın olur ki, revanşist, müxalif qüvvələr vasitəsilə Ermənistan daxilində çox gərgin proseslər cərəyan edir. 1990-cı illərdə Qarabağın işğalı zamanı əlləri minlərlə günahsız soydaşımızın qanına batmış quldurbaşıların hər ikisi Şuşanın işğalı ilə bağlı işlərə başlamaq üçün revanşist bəyanatlar səsləndiriblər (Sarkisyanın ardınca 1992-ci ildə Şuşanın işğal edilməsinə rəhbərlik edən erməni general-polkovnik Seyran Ohanyan sərsəm açıqlaması ilə diqqət çəkib: "Şuşanın azad edilməsi üçün əməliyyata hazırlaşmalıyıq" - red). Buradan da aydın görünür ki, Ermənistan müxalif qüvvələri eyni yerdən təlimat alıblar və onlara müəyyən vəd də verilib. 

Amma İkinci Qarabağ müharibəsi ilə bütün daşları yerindən oynadan, regionda geosiyasi reallığı tamamilə dəyişən Azərbaycan 44 gün ərzində məhv etdiyi və qənimət kimi götürdüyü silahlardan, ağır texnikalardan da gördü ki, Ermənistanın istifadə etdiyi silahların böyük əksəriyyəti məhz Rusiyanın onlara bəxş etdiyi texnika idi. Bu barədə Prezident İlham Əliyev ADA Universitetində "Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq" mövzusunda beynəlxalq konfransdakı çıxışı zamanı çox açıq mesajlar verdi: "Bu, hər kəsə məlumdur və biz 44 günlük müharibə zamanı bunu ictimai şəkildə dəfələrlə bəyan etdik ki, müntəzəm qaydada, gündə bir neçə dəfə Rusiyadan təyyarələr vasitəsilə Ermənistana silah daşınırdı. Biz bütün marşrutları izləyirdik - Rostovdan və Mozdokdan silah daşınırdı. Biz gürcüstanlı dostlarımızdan hava məkanını bağlamağı xahiş etdik və onlar bunu etdilər. Bundan əlavə, biz gürcüstanlı dostlarımızdan xahiş etdik ki, quru yolu vasitəsilə Rusiyadan Gürcüstan ərazisindən silahların daşınmasının qarşısını alsınlar və onlar belə də etdilər. Biz buna görə minnətdarıq. Biz bütün Xəzəryanı ölkələrə məktublar göndərdik ki, Rusiyadan Ermənistana silah daşıyan yük təyyarələrinə uçuş icazəsi verilməsin. Belə məktublar Qazaxıstan, Türkmənistan və İrana göndərildi. Təəssüf ki, bu təyyarələr həmin ölkələrin hava məkanından istifadə edərək Ermənistana daxil olurdu".

Dövlət başçısı bu ifadələrlə Moskvaya mesaj verdi ki, "sizin etdiyiniz tamamilə yanlış idi, amma yenə də işğalı, işğalçını dəstəkləməkdən geri çəkilmədiniz. Buna baxmayaraq biz öz məqsədimizə çatdıq". Lakin görünür Moskva bu dəfə də "Qarabağ klanı"nı yenidən məqsədlərinə çatmaq üçün əllərindən gələn "yardım"ı edəcəklərinə inandırıb. 

Prezident İlham Əliyev hazırda baş verən prosesləri qabaqlayaraq hələ bir neçə həftə əvvəl Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı zamanı reaksiya verdi: "Ermənistanda baş qaldıran revanşist qüvvələr bilməlidirlər ki, təqdim etdiyimiz bu sülh sazişi Ermənistan üçün yeganə çıxış yoludur və bəlkə də son şansdır. Əgər bundan imtina etsələr, onda biz də Ermənistanın ərazi bütövlüyünü tanımayacağıq, bunu rəsmən bəyan edəcəyik. İkinci Qarabağ müharibəsinin nəticələrini nəzərə alaraq Ermənistan tərəfi yaxşı başa düşməlidir ki, bu addım nəyə gətirib çıxaracaq".

Bu çıxışı ilə dövlət başçısı bir növ "Ermənistanda hakimiyyətə kimin gələcəyinin, onlara kimin dəstək verəcəyinin bizim üçün heç bir fərqi yoxdur. Biz sülhdən imtina ediləcəyi təqdirdə, manipulyasiya cəhdləri olacağı halda yenə İkinci Qarabağ müharibəsində qaldığımız yerdən yolumuza davam edəcəyik" mesajı verərək həm Ermənistandakı revanşist qüvvələrə, həm də onların havadarlarına son kəs hansı qərarın onlar üçün daha doğru olacağını xatırlatdı.

Təhməz Əsədov Son.az

Füzuli Rayon Mərkəzi Xəstəxanasının təməli qoyulub like
  • 10 May 13:37  
Siyasət Füzuli Rayon Mərkəzi Xəstəxanasının təməli qoyulub

Füzuli Rayon Mərkəzi Xəstəxanasının təməli qoyulub.

arrow Ətraflı
Evə girən oğru 3 nəfəri yaraladı like
  • 10 May 13:36  
Digərləri Evə girən oğru 3 nəfəri yaraladı

Neftçalada evə oğurluğa girən şəxs üç nəfərə xəsarət yetirib.

arrow Ətraflı
Prezident və birinci xanım Füzulidə yeni yaradılacaq mərkəzi parkın ərazisində ağac əkiblər like
  • 10 May 13:35  
Siyasət Prezident və birinci xanım Füzulidə yeni yaradılacaq mərkəzi parkın ərazisində ağac əkiblər

Mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci

arrow Ətraflı
Füzulidə Peşə Liseyinin təməli qoyulub like
  • 10 May 13:32  
Siyasət Füzulidə Peşə Liseyinin təməli qoyulub

Mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci

arrow Ətraflı
Bakıda narkomanların yeni məskəni  Sakinlər hər gün bu təhlükə ilə üzləşir like
  • 10 May 13:30  
Digərləri Bakıda narkomanların yeni məskəni Sakinlər hər gün bu təhlükə ilə üzləşir

Paytaxtın Qaradağ rayonu, Sahil qəsəbəsində inşaası yarımçıq qalan  

arrow Ətraflı
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli rayonuna səfər ediblər like
  • 10 May 13:27  
Siyasət Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli rayonuna səfər ediblər

Mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci

arrow Ətraflı
TikTokda Rəşad Dağlıya qarşı dələduzluq like
  • 10 May 13:24  
Şou-biznes TikTokda Rəşad Dağlıya qarşı dələduzluq

Məşhur meyxanaçı Rəşad Dağlının (Əmirov) adından saxta TikTok hesabla

arrow Ətraflı
Həccə getmək istəyənlərin nəzərinə! like
  • 10 May 13:18  
Digərləri Həccə getmək istəyənlərin nəzərinə!

Bu il Azərbaycandan Həcc ziyarətinə yaşı 65-dən yuxarı olan şəxslər g

arrow Ətraflı
Bu da Nigar Camalın özündən gözəl qızı Jasmin like
  • 10 May 13:12  
Şou-biznes Bu da Nigar Camalın özündən gözəl qızı Jasmin

Tanınmış ifaçı Nigar Camalın 16 yaşlı qızı gözəlliyi ilə diqqət ç

arrow Ətraflı
Ukraynalı miqrantların Azərbaycanda qalma müddəti uzadılacaq like
  • 10 May 12:54  
Siyasət Ukraynalı miqrantların Azərbaycanda qalma müddəti uzadılacaq

Azərbaycandakı ukraynalı miqrantların qalma müddəti bitəndən sonra da ö

arrow Ətraflı
HAVA necə olacaq?  PROQNOZ like
  • 10 May 12:52  
Digərləri HAVA necə olacaq? PROQNOZ

Mayın 11-nə gözlənilən hava şəraiti açıqlanıb.

arrow Ətraflı
Ukraynalılar Putinin planını məhv etdi like
  • 10 May 12:42  
Dünya Ukraynalılar Putinin planını məhv etdi

Böyük Britaniyanın Baş naziri Boris Conson Ukraynanın Rusiya ilə müharib

arrow Ətraflı
“Azəriqaz”: 100ə yaxın obyektdə pozuntular aşkarlanıb like
  • 10 May 12:36  
Digərləri “Azəriqaz”: 100ə yaxın obyektdə pozuntular aşkarlanıb

"İctimai iaşə obyektlərində qaz balonları və digər qızdırıcılar

arrow Ətraflı