“Azəriqaz”: 100ə yaxın obyektdə pozuntular aşkarlanıb


Digərləri 10 May 2022 12:36:00 107 0

“Azəriqaz”: 100ə yaxın obyektdə pozuntular aşkarlanıb

"İctimai iaşə obyektlərində qaz balonları və digər qızdırıcıların, elektrik təsərrüfatının, havalandırma və digər sistemlərin vəziyyəti ilə bağlı yoxlamalar davam etdirilir".

Son.az APA-ya istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev deyib.

O qeyd edib ki, bu günə kimi 100-ə yaxın ictimai iaşə obyektində pozuntular aşkarlanıb.

"FHN, "Azəriqaz" və Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən mütəmadi olaraq yoxlamalar aparılacaq", - Ruslan Əliyev vurğulayıb.