Ukraynalı miqrantların Azərbaycanda qalma müddəti uzadılacaq


Siyasət 10 May 2022 12:54:00 163 0

Ukraynalı miqrantların Azərbaycanda qalma müddəti uzadılacaq

Azərbaycandakı ukraynalı miqrantların qalma müddəti bitəndən sonra da ölkədə saxlanılması üçün lazımi tədbirlər görüləcək.

Son.az Trend-ə istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov deyib. O bildirib ki, həmin şəxslərin ölkədə qalma müddəti mayın 24-də başa çatır:

"Fevralın 24-dən hesablasaq, Azərbaycanda olan ukraynalı miqrantların ölkədə qalma müddəti bu il mayın 24-də başa çatır. Amma həmin müddətdən sonra da onların Azərbaycanda qalmasına şərait yaradılacaq. Bununla bağlı lazımi tədbirlər görüləcək".