DTX əməkdaşları Ulu Öndərin məzarını ziyarət ediblər


Siyasət 10 May 2022 12:04:00 114 0

DTX əməkdaşları Ulu Öndərin məzarını ziyarət ediblər

Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməkdaşları Ulu Öndərin məzarını ziyarət ediblər.

Son.az Dövlət Təhlükəsizlik Xidmətinin rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan xalqının ümummilli lideri, Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri, mənalı və şərəfli ömrünün 25 ilini həsr etdiyi bu orqanlarda milliləşmə prosesinin banisi, dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev və Xidmətin şəxsi heyəti Fəxri xiyabana gələrək Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşlar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi anılmış, məzarı üzərinə gül dəstələri düzülmüşdür.