Əliyev çox ciddi xarici siyasət aparır


Digərləri 10 May 2022 12:24:00 114 0

Əliyev çox ciddi xarici siyasət aparır

Birbaşa etiraf etməliyik ki, İlham Əliyev çox ciddi xarici siyasət aparır.

Son.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Budro Nyus (Budrooo News) kanalına açıqlamasında tanınmış erməni politoloq, Qloballaşma və Regional Əməkdaşlıq Mərkəzinin rəhbəri Stepan Qriqoryan deyib.

O bildirib ki, erməni ictimaiyyətində və siyasi elitasında yanlış fikir formalaşıb:

"Təəssüf ki, erməni ictimaiyyəti və siyasi elitasında onların arxasında Türkiyənin durduğu, son vaxtlar Bakını Rusiyanın da müdafiə etməsi, Türkiyə və Rusiyanın sayəsində azərbaycanlıların uğur qazanması barədə təsəvvürlər var. Bu, olduqca sadəlövh yanaşmadır. Əlbəttə, Türkiyə və Rusiya birməmalı olaraq Azərbaycanı müdafiə edir. Rusiya hətta son vaxtlar daha güclü şəkildə Bakını dəstəkləyir - mən faktlar gətirə bilərəm.