Sərhəd mühafizə orqanlarının tərkibinə dəyişiklik edilib


Siyasət 10 May 2022 11:28:00 101 0

Sərhəd mühafizə orqanlarının tərkibinə dəyişiklik edilib

Prezident İlham Əliyev "Sərhəd mühafizə orqanları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanunu içzalayıb.

Dəyişikliyə əsasən sərhəd mühafizə orqanlarının tərkibinə xüsusi hava əməliyyatları qüvvələri daxil edilir.

Bundan başqa sərhəd mühafizə orqanlarının aviasiya hissəsi xüsusi hava əməliyyatları qüvvələri və hərbi aviasiya hissələri ilə əvəz edilir.