"Uşağınız həyatda olmayandan sonra təhsili kimə lazımdır?"


Şou-biznes 07 May 2022 18:04:00 169 0

"Uşağınız həyatda olmayandan sonra təhsili kimə lazımdır?"

"Əziz valideynlər, analar, atalar: Bir valideyn kimi sizi çox gözəl anlayıram. Əziyyətimiz danılmazdır. Ancaq nə olar, sizə yalvarıram uşaqlarınızın üzərinə getməyin. Onlara hər işlərində dəstək olmağa çalışın".

Son.az axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Elnarə Xəlilova bildirib. Valideynlərə səslənən sənətçi son günlər məktəblilər arasında baş verən intihar hadisələrinə münasibət bildirib:

"Hər il buraxılış imtahanlarından sonra məktəblilər arasında intiharların sayı artır. Bu yolverilməzdir. Sizin uşağınız həyatda olmayandan sonra onun təhsili kimə lazımdır? Olmasın ali savadlı. Peşə məktəbinə verin: aşpaz, dülgər, saç ustası, vizajist, dərzi, dəmirçi olsun - fərqi yoxdur, lap fəhlə olsun... Amma canı sağ, salamat, sağlam və xoşbəxt olsun. Qarşıdan qəbul imtahanları gəlir. Valideynlər oyansın, hamıya bu hadisələr görk olsun".