Əməkdar artistlə prodüser arasında mübahisə: "Get, kişin gəlsin!" VİDEO


Şou-biznes 07 May 2022 16:45:00 184 0

Əməkdar artistlə prodüser arasında mübahisə: "Get, kişin gəlsin!"  VİDEO

Bu dəfə prodüser Təranə Səmədova ilə Əməkdar artist Vahid Əliyev arasında gərgin anlar yaşanıb. 

Son.az axşam.az-a istinadən xəbər verir ki, Təranənin Əməkdar artist Elza Seyidcahanla bağlı tənqidinə aktyor etiraz edib. 

"Azərbaycan qadınını təmsil edirsiz, danışığınıza fikir verin. Eşitməyi bacarın. Bakılılarda bir söz var: get, kişin gəlsin. Qarşınlzdakı insanı qiymətləndirin. Elza Seyidcahan "Əməkdar artist"dir. Sizin ixtiyarınız yoxdur Azərbaycan sənətçisinə yuxarıdan baxıb, təhqir edəsiniz" sözlərini deyib. 

Təranə isə ona "Oğlunuzla bir yerdə böyümüşəm. Heç kimin ailəsində problemsiz heç nə olmur. Qızınızın da keçdiyi taledən xəbərim var. Artıq danışmaq lazım deyil" sözlərini söyləyib. 

V.Əliyev isə onunla bir yerdə oturmaq istəmədiyini deyərək, studiyadan gedib.