"Səməd Səmədov rəhmətlik məni hər yerə məcbur dartıb aparırdı" Sevda Əliqızı


Şou-biznes 07 May 2022 06:44:00 171 0

"Səməd Səmədov rəhmətlik məni hər yerə məcbur dartıb aparırdı"  Sevda Əliqızı

"Tənbələm. Səməd Səmədov rəhmətlik məni hər yerə məcbur dartıb aparırdı. Məni kimsə gərək, dartıb efirə aparsın. İndi gənclərə yol veririk. Demirəm, uzaqlaşmışam, amma onlar çox görünsün".

Son.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Sevda Əliqızı "Səhər mərkəzi" proqramında deyib. Sənətçi efirə çıxmamasının səbəbini açıqlayıb. O, səhnəyə gələn vaxtlarda ona mikrofon verməyən sənət adamından bəhs edib:

"18-19 yaşımda sənətə yeni gəlmişdim. Rübabə Muradova məni el şənliyinə çıxartdı. Bir müğənnimiz var, indi yaşlanıb. Kubinka deyilən yerdə gözəl məclislər olurdu. Yeniyetmə biri idim, Rübabə xanım apardı məni məclisə. Oradakı müğənniyə dedi ki, imkan ver bir mahnı oxusun. Qayıtdı mənə ki, mikrofonun var? Deyirəm, yox. Qayıtdı ki, niyə gəlmisən? Mikrofonu vermədi. Qəsdən etdi ki, oxumayım. Sındırdı məni".