“İstəyirəm ki, mənim yaşadığım nisgili qızım yaşamasın...”


Şou-biznes 07 May 2022 04:44:00 164 0

“İstəyirəm ki, mənim yaşadığım nisgili qızım yaşamasın...”

"Doğum günümü özəl gün kimi qeyd etməyi çox sevirəm. Yaşdan isə heç qorxum yoxdu. Enerji və ruh məncə, fiziki yaşı idarə edir".

Son.az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında bu gün doğum günü olan aparıcı Rövşanə Ağasəfqızı deyib. Rövşanə xanım deyib ki, sevgi insanı qocalmağa qoymayan yeganə hissdir:

"Ən vacibi təfəkkür qocalmasın. Yeniliklərə qucaq açmağı bacardınsa, həmişə cavansan demək. Bir də sevgi insanı nimdaşlaşmağa qoymayan yeganə hissdir mənə görə. Hə, bir də içimdəki üsyanı boğmuram heç zaman. Mənə görə üsyan yatsa, gəncliyə vida deməkdir. Ruhumda həmişə üsyan var. Yanlışımı, səhvimi hətta sevirəm. Ondan faciə düzəltmirəm. Adlamağı və çiyni üzərindən baxmağı bacarıram, unutmasam da hətta. Ən böyük istəyimsə doğmalarımı, dostlarımı, sevdiklərimi xoşbəxt sağlam görməkdir. Qızım həyat stimulum, gənc qalma səbəbimdir. Anam yanımda ola bilmədi, ömür sədaqət göstərmədi. İstəyirəm ki, mənim yaşadığım nisgili qızım yaşamasın. Çox istəyirəm qızımın ən gözəl günlərində uzun illər yanında olum".