“TikTokda 35 min qazanmaq absurddur” Pərvin Abıyevaya söz atdı


Şou-biznes 05 May 2022 19:12:00 139 0

“TikTokda 35 min qazanmaq absurddur”  Pərvin Abıyevaya söz atdı

Aparıcı Azər Zahid bir müddət əvvəl TikTok canlı yayımında qalmaqal yaşadığı Pərvin Abıyeva haqda danışıb. 

Son.az olay-a istinadən xəbər verir ki, o, "10-da görüşək" proqramına qonaq olarkən Abıyevanın sözügedən platformada "35 min dollar qazanmışam" açıqlamasına münasibət bildirib.

O, aktrisanın söylədiyi rəqəmlərin absurd olduğunu qeyd edib:

"35 min dollar qazanc teması absurddur. 200-500-1000 dollar qazanmaq olar. TikTok-da peşəkar yayım edirəm. Qazanc əvvəl 30 faiz verirdisə, bu, 50-ə qalxıb.  İndi mən yayımda olduğum üçün platforma ödəniş verir. 

Öz qazancımın qədərini isə açıqlamayacam.  Bu, elə bir şeydir ki, qazandığımın artığını insanlara atıb dəstək oluram. TikTok-u düzgün ifadə edə bilmirlər. Hamı bir-birinə dəstək olur, ortada platforma qazanır".