Ember ərinin onu ilk dəfə döydüyünü xatırlayaraq ağladı


Şou-biznes 05 May 2022 17:24:00 166 0

Ember ərinin onu ilk dəfə döydüyünü xatırlayaraq ağladı

Hollivud ulduzları Ember Herdlə Conni Deppin məhkəməsi davam edir. Ember məhkəmədə Conninin onu ilk dəfə döydüyünü xatırlayaraq ağlayıb.  

Son.az "bizim.media"-ya istinadən xəbər verir ki,məhkəmədə çıxış edən aktrisa keçmiş həyat yoldaşı ilə ilk mübahisəsindən danışıb.

Herdin sözlərinə görə, bir gün Deppin bədənində "Həmişə alkaş" sözünü görüb, istehzalı gülüb. Conni isə Emberin bu hərəkətinə sərt reaksiya verərək, onu şillələyib.  Ember bu döymənin keçmiş sevgilisinə həsr olunmuş Winona Forever ("Vayona həmişəlik") olduğunu bilmirmiş.

Bu ikilinin arasında yaşanan ilk xoşaqəlməz hadisəsi idi.  Bundan sonra Depp bağışlaması üçün Herda yalvarıb. Sonra Conni Emberə söz verdi ki, əlini bir daha ona vurmaqdansa kəsəcək.

Qeyd edək ki, qalmaqallı şəkildə boşanan aktyor Conni Depp ilə Ember Herd bir-birlərini qarşılıqlı olaraq məhkəməyə veriblər. Əvvəlcə Depp böhtan ittihamı ilə 50 milyon təzminat tələb edib. Ember isə qarşılığında keçmiş ərinə 100 milyon dollarlıq təzminat davası açıb.