Nazilə Səfərli oğlunun şad günündən görüntülər yaydı VİDEO


Şou-biznes 05 May 2022 15:24:00 122 0

Nazilə Səfərli oğlunun şad günündən görüntülər yaydı  VİDEO

Şairə Nazilə Səfərlinin oğlu Nurlanın gəlinköçürmə mərasimi baş tutub.

Son.az olay-a istinadən xəbər verir ki, sənətçi bu barədə sosial media hesabında məlumat verib.

"Bu gün Ağdaşa getdik, el adətiylə gəlinimizi gətirdik", - deyə, Nazilə bildirib. O, oğlunun şad günündən görüntüləri İnstaqram Storidə paylaşıb.

Qeyd edək ki, Nurlanla Nuranənin nikahı ötən günlərdə Laza şəlaləsinin qarşısında gerçəkləşmişdi. Cütlüyün toyu 9 mayda olacaq.