Çən oğurlayarkən tutuldu
Kriminal 27 Yan 2022 20:24:00 104 0
Ucar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda və narkotiklərin satışında şübhəli bilinən 4 nəfər saxlanılıb. Onların arasında narkotiklərə görə axtarışda olan şəxs də var.
Bu xəbəri də oxu: Qətlə yetirilən Qənirə Mehdixanlı tanınmış şəxs imiş Yeni detallar FOTO
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində rayonun Alpoud kəndi ərazisində yerləşən evlərin birindən çəkisi 1 tondan artıq olan su çənini oğurlayan iki nəfər şəxs "iş başında" saxlanılıb. Araşdırmalarla onların əvvəllər məhkum olunmuş rayon sakinləri - Elşən Hüseynov və Rüstəm Qulamov olduqları müəyyən edilib.
Məlum olub ki, saxlanılan şəxslər bir müddət öncə də həmin kənd ərazisində yerləşən evlərin birindən dəmir borular və digər metal tikinti materialları oğurlayaraq dəyərindən ucuz qiymətə satıb, əldə etdikləri pul ilə şəxsi istifadələri üçün narkotik vasitə alıblar.
Ucar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri digər əməliyyat tədbirləri nəticəsində isə narkotik vasitələrin satışı ilə məşğul olan əvvəllər dəfələrlə məhkum olunmuş və hal-hazırda Azərbaycan Respublikasının Cinayət Məcəlləsisin 234.1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddəsi ilə axtarışda olan Ağdam rayon sakini Cavid Quliyev və Ucar rayon sakini Vüqar Cəbrayılov saxlanılıblar.
Həmin şəxslərdən bükümlərdə olan "patı" və "şüşə" adlanan psixotrop maddə metamfetamin, heroin və marixuana, eləcə də elektron tərəzi aşkarlanaraq maddi sübut kimi götürülüb.
Yanvarın 27-də "N" saylı hərbi hissədə tağım komandiri vəzif

Əməkdar artist Dilarə Əliyeva da Xalq artisti Aygün Kazımovanın ad günü

Əməkdar həkim, tibb elmləri namizədi Cəfərağa Səmədov vəfat edib.

Əməkdar artist Cavanşir Məmmədov həmkarı Əməkdar artist Elton Hüseynə

Kürdəmir rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə

ATV-nin "1 Dəqiqə" proqramının budəfəki qonağı Əməkdar art

Ukraynadan Rusiyaya qarşı olan geosiyasi təzyiq aləti kimi istifadə edirlə

Yeddi il öncə kosmosa göndərilmiş "SpaceX" raketinin bir hissəsi

"Filmlərdə qonorar çox aşağıdır. Xaricdə elə pullar verirlər ki..

2021-ci ilin iyulun 24-də Bərdənin Mustafaağalı kəndində ərin arvadı ö

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fevralın 3-də Ukraynaya səfər

Rusiya müharibəyə dair məsələlərini Ukrayna ilə yox, ABŞ və NATO ilə

ARB-də yayımlanan "Səni axtarıram" verilişində artıq iki aparı
