Əməkdar artist şəhid ailəsinin çıxışına dözməyərək ağladı VİDEO


Şou-biznes 27 Yan 2022 19:54:00 106 0

Əməkdar artist şəhid ailəsinin çıxışına dözməyərək ağladı  VİDEO

ATV-nin "1 Dəqiqə" proqramının budəfəki qonağı Əməkdar artist Babək Niftəliyev olub. Son.az xəbər verir ki, xanəndə efirdə gözyaşlarını saxlaya bilməyib. Buna səbəb Şəhid ailəsi haqqında gedən reportaj olub. Aprel və Tovuz döyüşlərinin iştirakçısı Xüsusi Təyinatlı Qüvvələrin Giziri Vəliyev Elyarın son döyüşü Vətən Müharibəsi olub. Qarabağın azadlığı uğrunda döyüşən Elyar və qardaşı xüsusi qəhrəmanlıqlar göstəriblər. Amma tale elə gətirdi ki, qardaşlardan biri - Elyar Vəliyev şəhid oldu.