Nikol müharibə səbəbi yaradır,


Dünya 27 Yan 2022 18:30:00 104 0

Nikol müharibə səbəbi yaradır,

2020-ci ilin payızı ilə müqayisədə Ermənistanın vəziyyəti daha da pisləşib. Neftin qiyməti sürətlə bərpa olunur, qazın qiyməti isə bütün rekordları qırıb. Bu, Azərbaycan iqtisadiyyatına dəstək verir. Azərbaycan Silahlı Qüvvələri isə Türkiyə ilə əməkdaşlıqdan bəhrələnir.

Son.az bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında rusiyalı ekspert Aleksandr Razuvayev deyib.

"Ermənistan da daxil olmaqla, beynəlxalq turizmlə bağlı ölkələrin iqtisadiyyatına zərər vuran koronavirus pandemiyası tükənmir. Ermənistan həm də az sayda investorları bu ölkəyə sərmayə qoymaqdan çəkindirən siyasi qeyri-sabitliklə xarakterizə olunur. Hər kəs başa düşür ki, Azərbaycan hərbi baxımdan qat-qat güclüdür. Lakin boş ambisiyalar, revanş arzusu, imzalanmış müqavilələrin yerinə yetirilməməsi ilə İrəvan yeni müharibəyə səbəb ola bilər.

Bu da kövrək Ermənistan dövlətini məhv edə, azsaylı investorların investisiyalarını puça çıxara bilər. Biz dünya erməni diasporundan da Ermənistana sərmayələr görmürük. Ermənilər özləri öz ölkələrinə sərmayə qoymurlarsa, başqa ölkələrdən, o cümlədən Rusiyadan, MDB-dən gələn investorlara nə deyə bilərik", - Razuvayev qeyd edib.

Politoloqun fikrincə, sonda İrəvan imzalanmış müqavilələri yerinə yetirməyə məcbur olacaq: