Lavrov sözünü dedi, müharibə artıq başlayıb


Dünya 27 Yan 2022 18:42:00 97 0

Lavrov sözünü dedi, müharibə artıq başlayıb

Putin bütün dünyaya sərtliyini, əhalisinə isə "lənətlənmiş Qərb"in Rusiyanı məhv etmək istəyini göstərdi.

Son.az bildirir ki, bu barədə Axar.az-a açıqlamasında tanınmış gürcü politoloq Gela Vasadze Rusiya və ABŞ/NATO arasındakı gərginliyin artmasını şərh edərkən deyib.

Onun sözlərinə görə, ümumi fonda Rusiyanın ABŞ və Qərb ölkələri ilə münasibətlərinin gərginləşməsi, eləcə də Çinin Putinlə tammiqyaslı müttəfiq olmaq istəməməsi aydın görünür. Daha lokal vəziyyəti götürsək, Rusiyanın Donbas ərazilərinin subyektliyini verbal səviyyədə qaldırdığı bəllidir, burada rus təbliğatçılarının böyük payı var.

Vasadze eyni zamanda qeyd edib ki, Rusiyanın KTMT-dəki müttəfiqlərə (Ermənistan, Qazaxıstan, Belarus, Qırğızıstan və Tacikistan) söykənən və boz zonalar (Donbas, Abxaziya, Cənubi Osetiya) şəklində gərginlik platformasını qoruyub-saxlayan "təhlükəsizlik konstruksiyası" var və vəziyyəti təhlil edərkən bunu nəzərə almaq lazımdır: