Azərbaycana gələn yük avtomobilindən 4600 ədəd "Marlboro" aşkarlandı


Digərləri 27 Yan 2022 17:24:00 80 0

Azərbaycana gələn yük avtomobilindən 4600 ədəd "Marlboro" aşkarlandı

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Azərbaycan Respublikasına gələn "Mercedes-Benz" və "Man" markalı yük nəqliyyat vasitələri saxlanılıb və sürücüləri şifahi sorğu-sual olunub.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, bu zaman hər iki sürücü idarə etdikləri nəqliyyat vasitələrində gizlədilən və gömrük nəzarətinə mütləq bəyan olunmalı hər hansı predmetin olmadığını bildiriblər.

Lakin gömrük baxışı zamanı yük nəqliyyat vasitələrində gömrük nəzarətindən gizlədilən 4600 ədəd "Marlboro touch" markalı siqaret aşkarlanıb.