BakıŞamaxı yolunda ağacların kəsilməsi ilə bağlı araşdırma aparılır FOTO


Digərləri 27 Yan 2022 14:48:00 125 0

BakıŞamaxı yolunda ağacların kəsilməsi ilə bağlı araşdırma aparılır  FOTO

Bakı-Şamaxı yolunun 22-ci kilometrliyində ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət Xidmətin yerli qurumunun əməkdaşları tərəfindən araşdırılıb və fakt təsdiqini tapıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, Regional Ekologiya İdarəsinin rəisi Fərid Piriyev bildirib ki, sözügedən əraziyə keçirilən baxış zamanı 3 şam ağacının kəsildiyi və təbiətə 600 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

"Ağacların kim tərəfindən kəsildiyini müəyyən etmək üçün hazırda Abşeron rayon Polis İdarəsi ilə birgə araşdırma aparılır".

F.Piriyevin sözlərinə görə, kəsilmiş ağacların yerinə yeni ağaclar əkilib.